Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    Özünü sərbəst burax.

    Cəlbedici interyeri sizi həqiqətən rahatlıq verən salona daxil edir. Gözəl daxili işləmələr və cəlbedici texnologiya yüksək komfort və rahatlıq hissini bəxş edir, hər tərəfdə nəzərdə tutulmuş düşünülmüş saxlama yerləri gündəlik macəralar üçün universallıq təklif edir.

    Daha rahat arxa oturacaqlar

    Əvvəlki model ilə müqayisədə bütün salon daha genişdir, arxada və diz altında daha çox yer var, həm arxa sərnişinlərə, həm də ön sərnişinlərə daha çox rahatlığı təmin edir. Arxa oturacaqların belinin maililiyi tənzimlənir və uzun məsafələrə səfərləri daha da rahat edir.

     

     

    Ehtiyaclarınıza cavab verən interyer.

    Rahatlanın və həzz alın. Daha geniş , daha zəngin materiallar və yenilənmiş texnologiya tam yeni Outback-in içində həzz alınacaq çox şeyin olduğunu göstərir.

    İşıqlandırılan İdarəetmə Paneli

    İdarəetmə panelinin mavi işıqlandırması görmə imkanını yaxşılaşdırmağa kömək edir. Bundan əlavə LCD cihaz panelinin mərkəzi displeyi cihaz paneli ilə bağlıdır və mərhələli naviqasiya, daxil olan zəng haqqında bildiriş və hətta kompas kimi faydalı məlumatı göstərir.

    USB və Köməkçi Audio girişləri

    iPod® (*1) və ya digər mobil musiqi cihazınızı standart AUX və USB giriş yerinə daxil edin və cihazınızdakı musiqi Outback-in audio sistemindən səslənəcək. Bundan əlavə iki USB giriş yeri ilə siz iki cihazı eyni zamanda qoşa bilərsiniz. (*2)

    İşıqlandırma

    Göy rəngdə daxili işıq Outback-ə xarizmatik, gözəl görünüş bəxş edir. Dartılıb açılan fincan tutacağı və konsol qutusunun xoş göy rəngi onları qaranlıqda axtarıb-tapmağı asanlaşdırır.

    Mərkəzi Konsol Qutusu

    Daha iri mərkəzi konsol qutusu artıq daha çox CD-ni özündə yerləşdirir və qəpiklər, kartlar və qələm üçün xüsusilə yaradılmış tutucuları var.

    Uyğunlaşan həllər

    Həyat tələbləri fərqli olduğuna görə, Outback-in onlara cavab vermək üçün yüksələ bildiyini bilmək xoşdur. Düyməyə basmaqla açılan avtomatik idarəetməli arxa qapı sizə yük yerinə dərhal daxil olmaq və yükü son dərəcə asanlıqda yükləyib yola düşmək imkanını verir.

     

     

    Yük və oturacaq kombinasiyaları

    Həyatınızın daha böyük hissəsi üçün daha çox yer var. 80 litrədək həcmdə olan çamadanlara daha çox yer saxlamaq üçün yükqaldırma qabiliyyəti daha da artırılmışdır və daha çox yük yerləşdirmək üçün döşəmə daha da yastılanmışdır.

     

     

    Yükqaldırma qabiliyyəti

    Necə səyahət haqqında düşündüyünüzdən asılı olmayaraq Outback onu gerçəkləşdirməyə kömək edə bilər. Damda yerləşən yük yeri sizə bir çox saxlama variantlarını təklif edir, yanda yerləşən rahat tir pillələri sizə dayanıb yükü bərkitmək üçün sabit yeri təmin edir və avtomatik idarə olunan arxa qapı tutacağı yükün yerləşdirilməsi və boşaldılmasını son dərəcə asanlaşdırır.

    Yan tirli Dam yük yeri

    Sərt dam tirləri daşınan əlavə əşyaları tutmağa kömək edir. Siz görəcəksiniz ki, tam yeni Outback-in işi yerinə yetirmək üçün bir çox imkanı var. (*3)

     

     

    Dəstək verən intuitiv texnologiya

    Gündəlik həyatınızı bəzəyir. Outback-in innovativ dizayn və texnologiyası son dərəcə yaxşı işləyir və xüsusilə faydalıdır. 7-düymluq mərkəzi sensorlu ekran və LCD idarəetmə panelinin mərkəzi displeyi sizə bunların hamısına daxil olmaq imkanını verir. 12 Harman/ Kardon dinamikli yeni üstün audio-sistem və ya 6 dinamikli standart audio sistem sizin xidmətinizə təklif edilir. Bundan əlavə bütün informasiya və əyləncə sistemi smartfonlara uyğundur və hər zaman əlaqədə qalmağınızı asanlaşdırır (*4) İstifadədə asan İntuitiv naviqasiya informasiya və əyləncə sisteminin istifadəsini asanlaşdırır. Geniş, 7-düymluq sensor ekranı cəlbedici görünüşə malikdir və onun sadə nişanları asanlıqla tanınır.

    Sensorlu ekran

    Sensorlu ekran musiqini seçməyin asan yoludur, smatrfondakı kimi. Sadəcə smartfonunuzu Bluetooth® (*5) və ya USB port vasitəsilə qoşun və musiqinizi birbaşa olaraq sensorlu ekranda seçin.

    Səs Tanıma (*6)

    Bir cəhddə səs tanıma (*6) sizə qısa bir komanda vermək imkanını verir, məs. “Orxana zəng et” deyən kimi sistem tabe olur. Siz həmçinin zəruri hallarda sensorlu ekran və ya idarəetmə sükanındakı düymələr vasitəsilə də komanda verə bilərsiniz.

    Harman/Kardon Audio Sistemi

    Ən son Harman/Kardon texnologiyasını,Green Edge, üstün audio sistemi özündə birləşdirən Outback-də 12 Harman/Kardon dinamiki və daha zəngin audio təcrübə üçün təkmilləşdirilmiş akustika var.

    Arxa görüntü Kamerası

    Ekran həmçinin arxa görüntü kamerasını göstərir, hətta indi daha yaxşı görmə imkanını təmin etmək üçün son dərəcə geniş görüntünü təmin edir. Sürücü üçün daha dəqiq təbii görünüşü yaratmaq üçün kameranın yerləşdiyi yer də dəyişdirilmişdir.