Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

     

    OTURACAQ MATERİALLARI

    Qara rəngli dəri oturacaqları

    Qara rəngli parça oturacaqları

     

    AVADANLIQ

    Sukana qarşı həssas fənərlər

    Gecə vaxtı dönərkən fənərlərin işıqlandırma istiqaməti görüş sahəsini işıqlandırmaq üçün sükan çarxına uyğun olaraq sola və ya sağa (aşağı və ya yuxarı) dəyişir.

    18-düymluq Alüminium Xəlitəli Təkərlər

    2.5i SPORT, 2.0XT və 2.0D SPORT modelləri çox təntənəli 18-düymluq alüminium xəlitəli təkərlərlə və 225/55R18 şinlərlə təchiz edilmişdir.

    Avtomatik yağış sensorlu şüşətəmizləyicilər

    Mövcud avtomatik şüşətəmizləyicilər şüşəyə dəyən yağışı aşkar edir və silmə intervallarını və sürəti müvafiq olaraq uyğunlaşdırır.

    Fənər Yuyucuları

    Pis hava şəraitlərində də ön fənərlərin ən yaxşı nəticələri göstərə bilməsini təmin etmək üçün pop-up tipli yuyucular onları lazımi şəkildə təmizləmək üçün yüksək təzyiqli şırnaqdan istifadə edirlər.

    Duman fənərləri

    Çox əksetdiricili duman fənərləri geniş və yastı şüalı işıq saçaraq daha çox təhlükəsizliyi təmin etmək üçün dumanda gözləri daha az qamaşdırır. Bundan əlavə bu fənərlərdən gündüz fənərləri kimi də istifadə etmək olar.

    Şüşəli lyuk

    İçəridən siyrilərək açılan, böyük, şəffaf lyuk və onun əl ilə idarə olunan gün çətiri qabaq və arxa oturacaqlarda əyləşən sərnişinlərə gözəl mənzərələr və təmiz mehli hava bəxş edir.

    Açarsız Giriş və Düyməli İdarəetmə

    Açar brelokunuz sizə avtomobilinizə asanlıqla açarsız daxil olmaq imkanını verir. Qapıların kilidini açmaq üçün sadəcə qapının dəstəsini çəkin və düyməni basmaqla mühərriki işə salın.

    Kruiz Kontrol

    Standart elektron kruiz-kontrol sürücüyə açıq yolda qabaqcadan tənzimlənmiş sürəti saxlamaq imkanını verir. Müasir görünüşlü parlaq tünd metallik idarəetmə düymələri sükanın üzərində yerləşir.

    8-pozisiyalı Avtomatik Tənzimlənən Sürücü Oturacağı

    8 pozisiyada dəyişən oturacaq sizə rahat oturma vəziyyətini tapmaq imkanını verir. Dəri interyerli modellərə oturacağın 2 pozisiyasının yaddaşı funksiyası əlavə edilmişdir.

    Üç ədəd 12V-luq Ştepsel Rozetkası

    Köməkçi elektrik mənbəyi, mərkəzi konsolda, mərkəzi konsol qutusu və yük yerində yerləşən 12 voltluq elektrik girişi ilə əlinizin altındadır.

    Bir toxunuşda qatlayan düymələr

    Yük yerində yerləşən düymələr arxa oturacaqların söykənəcəklərini avtomatik olaraq 60/40 nisbətində qatlayır və beləliklə yük yerini son dərəcə asanlıqla genişləndirir.

    İki-zonalı Avtomatik Kondisioner Sistemi

    Bu xüsusiyyət avtomobilin istənilən yerində temperaturu rahatca qorumaq imkanını verir. Bu, sürücü və ön sərnişin üçün müxtəlif temperaturlar qurmaq imkanını verir.

    Cihaz Paneli

    Forester-in cihaz paneli məlumatı tez bir şəkildə və asanlıqla çatdırmaq üçün nəzərdə tutulmuşdur. Yoldan diqqəti ayırmamaq üçün taxometr və spidometr aydın görünən yerdə yerləşir.

    Sükanda yerləşən düymələr

    Sükanda yerləşən düymələr audiosistemə nəzarəti əlinizin altında yerləşdirir və diqqətinizi yoldan ayırmamanız üçün mövcud Bluetooth (*1) sərbəst əllər sistemi avtomatik olaraq smartfonunuzla birləşir.

    Yüksəksürətli çoxfunksiyalı displey

    Cihaz panelində rahat yerləşən displey bir toxunuşla avtomobilin əsas məlumatlarını əks etdirir. Displey həmçinin qabaqcıl ekoloji göstəriciləri və faydalı iş əmsalını göstərməklə, sizə hətta bir neçə səfərin göstəricilərini müqayisə etmək imkanını verir.

    Voice Recognition (Səs tanıma) (*2) və Siri Eyes Free (*3) (*4) sistemləri

    İntuitiv Voice Recognition (*2) və Siri Eyes Free (*3) (*5) sistemlərinin inteqrasiyası sayəsində Forester-in indi əvvəlkindən daha çox sərbəst əllər opsiyaları var. Uyğun Apple (*3) məhsulunuzu Forester-ə qoşmaq üçün Siri-dən istifadə edin. Bu, sizə əlləri məşğul etmədən zənglər etmək, musiqi qoşmaq, email yoxlamaq və internetdə axtarış aparmaq imkanını verəcək..

    ÖLÇÜLƏR

    MODEL CƏRGƏSİ

    2,0 I 1A


    2,0 I-L VF


    2,5 I-L KS


    2,0 XT NS