Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    TEXNOLOGİYA

    SUBARU BOXER ENGINE

    Emosiyalar və xarakter bütövlüyü partlayışlarına daimi hazırlıq baxımından çox az avtomobil Subaru XV ilə müqayisə oluna bilər. Bütün bunlar horizontal-oppozit SUBARU BOXER mühərriki sayəsindədir; belə ki, burada porşenlər 180 dərəcə bucaq altında yerləşərək digər tip mühərriklərlə müqayisədə daha yastı mühərrik konstruksiyasını təmin edirlər. Bu isə güc qurğusunun və deməli həm də bütün avtomobilin ağırlıq mərkəzini azaldaraq daha balanslaşdırılmış çəki tarazlığını təmin edir. Bundan başqa, horizontal-oppozit yerləşmiş porşenlərin yerdəyişməsi bir-biri ilə təbii tarazlaşmanı təmin edir ki, bununla da vibrasiyaların təbii yumşalması təmin olunur.

    Artan sabitlik

    Mühərrik horizontal konfiqurasiyasına və şassidə çox aşağıda yerləşdirilməsinə görə, avtomobil tam olaraq daha sabit tarazlaşdırılıb və digər avtomobillərdən fərqli olaraq bir tərəfdən digər tərəfə keçməsinə görə daha dayanıqlıdır.

    Uzun müddətli Performans

    Mühərrikin yastı dizaynı əslində çox sərtdir və özünü tarazlaşdırma xüsusiyyətinə malikdir, "V" şəkilli və " birsıralı (silindrlərin düzxətli yerləşdiyi mühərriklər)" formalı mühərriklərdən fərqli olaraq daha az vibrasiya verir, daha dayanıqlıdır və fəaliyyətində daha etibarlıdır.

    SYMMETRICAL ALL-WHEEL DRIVE

    Nəzarət əminlik verir, sabitlik isə Forester-də həyəcan verən hərəkətliliyi yaradır. Müstəsna balanslaşdırılmış SUBARU BOXER mühərriki ilə təchiz edilmiş Simmetrik AWD-nin özü-özlüyündə sabit dizaynı sayəsində, Subaru avtomobillərinin sükanın arxasında özünüzü son dərəcə əmin hiss edəcəksiniz. Bütün yollarda və çətin şəraitlərdə yüksək nəzarəti təmin etmək üçün bu sistem gücü bütün təkərlərə göndərir. Uzununa tənzimlənən əsas komponentlər sayəsində son dərəcə yaxşı eninə tarazlama və dəqiq idarəetmə xüsusiyyətlərinə malikdir, aşağı ağırlıq mərkəzi isə xüsusilə xoş və həssas sürüşü təmin edir. Simmetrik ALL-WHEEL DRIVE unikal üstünlükləri, özünü doğruldan müstəsna idarəetməni təmin edir və təhlükələrə yol verməmək üçün daha geniş imkanlar yaradır.

    ASQI

    Müxtəlif səthlər və şəraitlərdə həssas idarəetmə və gücü təmin etmək üçün Forester təkmilləşdirilmiş ön və arxa asqı ilə təchiz edilir. Yaylarının gücü və amortizasiyası hamar və kobud səthlər üçün uyğunlaşdırılmış Forester həqiqi çoxməqsədli avtomobildir. DIT modellərində sürtünməyə nəzarət üçün ön asqıya yağ kipləşdiricilər, istiqamətləndirici oymaqlar, dayaqlarda hidravlik maye, optimallaşdırılmış asqı tənzimləyicisi daxildir. Bütün bunlar vibrasiyaları azaltmaq və kuzanın mailliyini azaltmağa kömək edir. Bundan əlavə, DİT modelində daha nəzarətli sürüşü və daha həssas sükan idarəetməsi üçün arxa dayaq çərçivəaltı arxa asqını quraşdırmaq üçün daha sərt əsası təmin edir.

    LİNEARTRONİC + BURUCU MOMENTİ AKTİV PAYLAŞDIRAN TAM İNTİQAL

    Dəyişən şəraitlərə ani, aramsız reaksiya üçün Lineartronic CVT (pilləsiz transmissiya) - kəmər əvəzinə zəncirdən istifadə edir. Bu, daha yaxşı performansı və iş göstəricilərini təmin etmək üçün ümumi ötürmə saylarının daha geniş aralığına, eləcə də drossel girişinə daha sürətli reaksiyaya imkan verir. Burucu Momenti Aktiv Paylaşdıran Tam İntiqal sistemilə uzununa birləşir və Burucu momentin öndən arxaya paylaşdırılmasına davamlı nəzarət etməklə dartma rejimlərinə, transmissiyaya və sürücünün hərəkətlərinə reaksiya verir.

    SI-DRIVE

    Subaru-nun Ağıllı İntiqalı (SI-DRIVE) Sizin sürüş üslubunuzu, yol şəraitlərini və ya istənilən sürüş vəziyyətini sizin tələbinizlə dərhal dəstəkləmək üçün transmissiyanın reaktivliyini nizamlaya bilir. İstənilən şəraitdə ən yaxşı performansı təmin etmək üçün drosselin həssaslığını və avtomatik sürətin dəyişmə xarakterini tez bir şəkildə dəyişdirin.

    Sport Sharp rejimi (*3)

    Reaksiyaverməni ön planda tutaraq Sport Sharp rejimi mühərriki maksimum gücünə çatdırır. Bu rejimdə mühərrik, sürətlənmə zamanı daha güclü enerjini təmin etmək üçün akseleratora birbaşa olaraq cavab verir. Səkkiz ötürmə sayı ilə mühərrikin performansı üzərində daha böyük nəzarəti ələ almaq üçün Sport Sharp rejimində sükanaltı linglərdən istifadə edin.

    Sport rejimi

    Sport rejimində mühərrik istənilən sürətdə hamar işləyir. Siz dəqiq, fırlanma momenti yüksək olan reaksiyanı gerçəkləşdirən xətti reaksiyanı dərhal hiss edəcəksiniz.

    İntelligent rejimi

    Sürücüyə dərhal reaksiya vermək və ətraf mühitə daha az zərər vurmaq üçün SI-DRIVE İntelligent rejimini işə salır. Drossel xəritəsi daha yüksək nəzarət səviyyəsi üçün hamarlıq və səmərəliliyi tarazlaşdırır.

    X-Rejimi və Nəzarətli Enmə Sistemi

    X istənilən sürücüyə istənilən yolda əlavə imkanlar verir. Düyməni basmaqla X-Rejimi maksimal əminliyi təmin etmək üçün çətin yollarda və sürüşkən səthlərdə təhlükəsiz hərəkət etmək üçün mühərrik, transmissiya, tam intiqal, əyləc və digər komponentlər üzərində nəzarəti üzərinə götürür. Mürəkkəb enişlərdə Nəzarətli Enmə Sistemi daimi, nəzarətli hərəkət miqdarını təmin etməklə qarşılaşa biləcəyiniz ən sərt enişlərdə özünüzə inamınızı artıracaq, və beləliklə siz diqqətinizi əyləcə deyil, sükanın idarəetməsində cəmləyə bilərsiniz.

    Bitməyən mühəndislik

    Forester Sizə çıxıntıları, daşları, ağacları və digər maneələri zədə almadan və ya ilişmədən dəf etməyə kömək etmək üçün yaradılmışdır. Əşya nə qədər böyük olarsa, ön və arxa bamperlərə dəyəcək zədənin qarşısını almaq üçün tələb olan ön və arxa keçmə bucaqları da o qədər böyükdür. Hər ikisi üçün optimallaşdırılaraq Forester-in yol klirensi uzununa keçid bucağını maksimallaşdırır və beləliklə altdan ilişmə ehtimallarını minimallaşdırır.