Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    Hər anda bir macəra var.

    Heç kimə bunun əksini söyləməyə imkan verməyin. İstədiyiniz hər şeyi istədiyiniz zaman edə bilərsiniz. Eyni gündə həm dağa, həm də çimərliyə gedin. Gələn yay təqvimdə olan bütün açıq hava musiqi festivallarında iştirak edin. Gələn qış hər həftəsonu xizək sürməyə gedin. Sosial həyatınızı, peşəkar həyatınızı, bütün istəklərinizi və hobbilərinizi əlinizə alın. Bütün çətin anlarınızı və onlara qata biləcəyiniz macəranı ələ almanız üçün nəzərdə tutulmuş SUBARU XV sizin çılğın arzularınız və böyük planlarınızı həyata keçirməyə hazırdır.

    MODEL CƏRGƏSİ

    2.0 i-CC

    2.0i S-FH

    EKSTERYER 360

    İNTERYER 360

    TEXNOLOGİYA

    ENDORFİNLƏRİ AZAD EDİN.

    Dönün, gedin, dayanın. Öz yolunuzu özünüz çəkin. Elə fikir yaranır ki, sanki hər bir SUBARU sürücülərə təcrübə yaşatmağa kömək etmək üçün yaradılmışdır. Yeni SUBARU XV də öz canlı performansını dəstəkləmək üçün yeni cəsur görünüşü ilə bu ənənəni davam edir. Müasir görünüşlü yeni radiator qəfəsi, bamperi və ön fənərləri daxil olmaqla çoxsaylı vizual təkmilləşdirmələrilə SUBARU XV davamlı təəssürat saxlayır.

    TƏHLÜKƏSİZLİK

    SİZİN NƏ İSTƏDİYİNİZİ BİLİRİK

    Sizə qəzalardan uzaq durmağa kömək etmək və qəza zamanı sizi qorumaq üçün SUBARU XV bir sıra aktiv və passiv təhlükəsizlik xüsusiyyətləri ilə təmin edilmişdir. Subaru Active Safety sizə qabaqcadan görülən idarəetmə, dəqiq nəzarət və üstün görmə sahəsi və qəzanı qabaqcadan önləməyə kömək edən qabaqcıl texnologiyalarla problemlərdən yan keçməyə kömək edir. Passiv təhlükəsizlik xüsusiyyətlərinə sistematik yerləşdirilmiş təhlükəsizlik yastıqları, sarsılmadan irəli gələn travmanı azaldan ön oturacaqlar, geri çəkmə pedalları və üçnöqtəli təhlükəsizlik kəmərləri var. Bunlar ağlınıza gəlməyən hadisələr zamanı sizi qorumağa kömək edəcək.

    > eBrochure

    > SUBARU TV

    > Wallpapers