Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    • 2.0 İ S-FH

    TƏCHİZAT

    Ksenon faralar, şüanın avtomatik tənzimləyicisi ilə birlikdə

    Mövcud ksenon faralar gündüz işığına daha çox bənzəyən işıqlandırma hasil edir. Şüa hündürlüyünün avtomatik tənzimləyicisi ən yaxşı görmə imkanı naminə qabaq faraların həmişə düzgün bucaq altında istiqamətləndirilməsini təmin etməyə imkan verir.

    Duman əleyhinə lampalar

    Çox reflektorlu duman əleyhinə lampalar həm də gündüz vaxtı üçün nəzərdə tutulan yan yol işıqları kimi xidmət göstərir və dumanda təhlükəsizliyi artırmaq üçün nisbətən az göz qamaşdırması törədən enli, yastı şüa buraxır.

    Şüşəli lyuk

    İçəridən siyrilərək açılan, böyük, şəffaf lyuk və onun əl ilə idarə olunan gün çətiri qabaq və arxa oturacaqlarda əyləşən sərnişinlərə gözəl mənzərələr və təmiz mehli hava bəxş edir.

    Avtomobildən açarsız istifadə imkanı və düymə basmaqla işə salma sistemi

    Sadəcə düyməni basmaqla öz avtomobilinizin qabaq qapılarının və ya arxa qapısının kilidini açın, mühərriki işə salın və avtomobili yerindən tərpədin - bütün bunları açarı cibinizdən çıxarmadan edin.

    Kruiz Kontrol - Avtomatik sürət tənzimləmə sistemi

    Bir toxunuşla tənzimləmə sayəsində sürücü açıq şose yollarında, uzaq səfər əsnasında sabit sürətini təyin edir və qoruyub saxlayır.

    İki zonalı, avtomatik iqlim sistemi

    Salonda, sürücü və sərnişinlərin əyləşdikləri hissələrdə hava axını və temperaturunu mövcud iki zonalı klimat kontrol funksiyası vasitəsilə ayrı-ayrılıqda tənzimləyin. Mikroskopik filtr tozun kabinaya daxil olmasına imkan vermir.

    Fincan saxlayanları olan Arxa Dirsəkliklər

    Arxa oturacaqlarsa sərnişinlər üçün dirsəkaltı. Sərnişinlər bu dirsəkaltıdan stəkan saxlamaq üçün də istifadə edə bilərlər.

    17-düymluq Alüminium Təkərlər

    Arxa LED tipli fara

    SUBARU STARLINK (*)

    SUBARU STARLINK sistemi mövcud həcmli sensorlu ekran, sükan idarəetməsinin multifunksional açarı və ya səs komandaları ilə internetə, radioya, əlavələrə və s. təhlükəsiz girişi təmin edir

    Premium dərəcəli audio sistem

    Musiqinizin qüvvətli, 4 səs ucaldanlı, 140 Vt-lıq sistemdən və ya əlavə 6 səsucaldanlı, 180 Vt-lıq sistemdən canlı şəkildə səsləndirilməsinə imkan verin. Bu sistem məxsusi olaraq Subaru XV akustikasına uyğun olaraq tənzimlənmiş səsucaldanlarla təchiz edilmişdir və nəticə etibarilə o, hissləri cuşa gətirən dolğun səs hasil edir. 6 səsucaldanlı variantda USB açarı, Bluetooth vasitəsilə, əl ilə toxunmadan telefon danışığı yerinə yetirmə funksiyası və nəzarət-ölçmə cihazları lövhəsinin içinə quraşdırılmış və daha dolğun səs hasil etmək naminə orta və yüksək tezlikli səsləri daha çox vurğulayan iki əlavə səsucaldan var.

    Bluetooth (*2) sistemli Sərbəst əllər sistemi

    Əlavə olaraq tavanda quraşdırılan mikrofon vasitəsilə sistem avtomatik sizin bu sistemlə uzlaşan mobil telefonunuza qoşulur və bunun sayəsində sükan çarxının üzərindəki düyməni basmaqla, əl ilə toxunmadan telefon danışığı yerinə yetirmək mümkün olur. O, həmçinin sizin Bluetooth ilə uzlaşan musiqi səsləndirmə cihazından hər hansı audio faylı simsiz rabitə vasitəsilə birbaşa dinləməyinizə imkan verir.

    Arxa görünüş kamerası sistemi

    Arxa görünüş kamerası sistemindən istifadə etməklə dar şəhər məkanlarında Subaru XV ilə asanlıqla manevr etmək imkanından həzz alın. Sürücü sürət dəstəyini geriyə hərəkət vəziyyətinə keçirərkən kamera vasitəsilə Subaru XV-in idarəetmə lövhəsinin içində quraşdırılan ekranda birbaşa rəngli təsvirlə yanaşı, həm də avtomobil dayandırma manevrlərinə kömək etmək üçün təlimatlar nümayiş etdirilir.

    Yüksək keyfiyyətli, çoxfunksiyalı displey

    Biliyinizlə birlikdə özünüzə inamınızı da artırın. Nəzarət-ölçmə cihazları lövhəsində, rahat yerdə yerləşdirilən yeni displeydə siz vaxtı, temperaturu, təhlükəsizlik və texniki xidmət elanlarını görə bilirsiniz. Qabaqcıl ekoloji səmərəni və məhsuldarlığı ölçən cihazlar vasitəsilə siz avtomatik işə salma-dayandırma sisteminin vəziyyəti haqqında daim məlumat alırsınız və öz yanacaqdan istifadə səmərənizi hərtərəfli şəkildə izləyə bilirsiniz - hətta siz müxtəlif səfərlərin səmərələrini müqayisə edə bilirsiniz.

    Sensorlu ekran idarəetməsi

    Sensorlu ekran musiqini smartfondakı kimi asanlıqla seçmək imkanını verir. Smartfonu, Bluetooth (*2) və ya USB port vasitəsilə qoşun və musiqini birbaşa olaraq sensorlu ekranda seçin.

    Voice Recognition (Səs tanıma) (*3) və Siri Eyes Free (*4) (*5) sistemləri

    İntuitiv Voice Recognition (*3) and Siri Eyes Free (*4) (*5) inteqrasiyası sayəsində SUBARU XV-in indi əvvəlkindən daha çox sərbəst əllər opsiyaları var. Uyğun Apple (*5) məhsulunuzu SUBARU XV-ə qoşmaq üçün Siri-dən istifadə edin. Bu, sizə əlləri məşğul etmədən zənglər etmək, musiqi qoşmaq, email yoxlamaq və internetdə axtarış aparmaq imkanını verəcək. Hətta Siri olmasa belə maşını hər idarə etdiyiniz zaman naviqasiya, telefon və audio sistemlərlərdən əlləri məşğul etmədən istifadə edə bilərsiniz.

    USB və əlavə audio çıxış (mərkəzi konsol qutusunda)

    Musiqinizdən daha çox zövq alın. Öz iPod-unuzun və ya digər daşınan musiqi səsləndirmə cihazınızın çəngəlini əlavə audio çlxlşa və ya standart USB çıxışa taxın və Subaru XV-in güclü səs sistemi vasitəsilə öz sevimli MP3 və ya WMA formatlı musiqini dinləyin. Bundan əlavə, audio sistemi idarəetmə əmrləri sizin öz musiqinizi axtarmağınıza və digər əmrlərdən istifadə etməyinizə imkan verir.

    Mərkəzi Konsol Paneli

    Həyatın kiçik qayğıları üçün də böyük ideyalar mövcuddur. Hər qapının cibində susuzluğunuzu hər zaman yatıra bilməniz üçün butulka saxlayanlar var. Mərkəzi konsolda həmçinin fincan saxlayanlar, külqabı və yastıqçalı dirsəklik var. Dirsəklik açılır və altında əlavə saxlama yeri və 12-V gücündə elektrik çıxışı var.

    ÖLÇÜLƏR