Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    TEXNOLOGİYA

    SİMMETRİK TAM İNTİQAL

    SUBARU XV avtomobilini sürdükdə sizə vaxtınızı yaxşı keçirməyə demək olar ki, heç nə mane ola bilməz. Bu səbəbdən SUBARU XV sizə SUV-un hündür oturuşunu, idman sedanının - aşağı ağırlıq mərkəzini və balansını, simmetrik tam intiqalı təklif edir. SUBARU BOXER mühərriki ilə müqayisədə SUBARU XV-nin sxemi demək olar ki, mükəmməl simmetrikdir, müstəsna dartıcı qüvvəsi ilə daima dəyişən yol şəraitlərin tam nəzarət üçün balans və sabitliyi təmin edir. Nəticədə maşın, heç bir başqa maşının vermədiyi daxili rahatlıq və əminliyi verir. Bu, SUBARU sürməyin yaşatdığı hissdir.

    LİNEARTRONİC + BURUCU MOMENTİ AKTİV PAYLAŞDIRAN TAM İNTİQAL

    SUBARU XV - Lineartronic Pilləsiz Transmissiya ilə idarəetmədə həyəcanverici həssaslığı və effektivliyi təmin edir. Bu kompakt və yüngül çəkili transmissiya mühərriki optimal dövr diapazonunda saxlamaqla və sürəti keçirmə zamanı adətən itən kinetik enerjini qorumaqla yanacağın səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Lineartronic, Burucu Momenti Aktiv Paylaşdıran Tam Intiqal ilə birlikdə işləyərək normal şəraitlərdə burucu momentinin 60 faizini ön təkərlər və 40 faizini arxa təkərlərə göndərir. Şəraitlər daha çətin olduqda, sistem, ön və arxa təkərlərin burucu momentinin paylaşdırılmasını, eləcə də transmissiyanı uyğunlaşdıraraq real zaman şəraitində reaksiya göstərir. Bu isə təhlükəsiz və cəld sürmə rejimini təmin etməklə tam intiqal sisteminin sabitliyini artırır.

    SUBARU BOXER ENGINE

    Emosiyalar və xarakter bütövlüyü "partlayışlarına" daimi hazırlıq baxımından çox az avtomobil Subaru XV ilə müqayisə oluna bilər. Bütün bunlar horizontal-oppozit SUBARU BOXER mühərriki sayəsindədir; belə ki, burada porşenlər 180 dərəcə bucaq altında yerləşərək digər tip mühərriklərlə müqayisədə daha yastı mühərrik konstruksiyasını təmin edirlər. Bu isə güc qurğusunun və deməli həm də bütün avtomobilin ağırlıq mərkəzini azaldaraq daha balanslaşdırılmış çəki tarazlığını təmin edir. Bundan başqa, horizontal-oppozit yerləşmiş porşenlərin yerdəyişməsi bir-biri ilə təbii tarazlaşmanı təmin edir ki, bununla da vibrasiyaların təbii yumşalması təmin olunur.

    UZUN-MÜDDƏTLİ XİDMƏT

    Mühərrikin yastı dizaynı özü-özlüyündə sərtdir və özünü balanslaşdırır, və davamlı və etibarlı iş göstəricilərini təmin etmək üçün eyni sinifdə V-tipli və ya 4-silindrli sıra ilə müqayisədə daha az vibrasiya yaradır.

    YÜKSƏK SABİTLİK

    Mühərrik bloku təkcə tərtibatın müstəviliyini deyil, həm də şassiyə daha alçaqdan oturuşu fərqləndirir. Digər konstruksiyalarla müqayisədə bu konstruksiyanın optimal çəki tarazlığını şərtləndirir, köndələn istiqamətdə avtomobilin sabitliyini artırır.