Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    TƏHLÜKƏSİZLİK

    HALQAVARI GÜÇLƏNDİRİCİ ÇƏRÇİVƏLƏR

    Halqavarı gücləndirici çərçivələr sərnişin kabinasını damdan qapılara, dayaqlara və döşəməyədək gücləndirir. Bu, toqquşma zamanı zərbə təsirini sərnişinlərdən kənarlaşdırmağa və dağıtmağa kömək edir. SUBARU XV-in çərçivələri daha az çəkili olsada yüksək uzanma qabiliyyətinə malik güclü və sərt polad dizaynını özündə birləşdirir.

    GÖRMƏ SAHƏSİ

    Təhlükəyə yol verməmək üçün onun gəldiyini görməlisiniz və SUBARU sürücüyə ətrafda baş verənlər haqqında maksimum məlumatı verəcək şəkildə dizayn edilmişdir. SUBARU XV-nin yüksək baxış nöqtəsi və dinamik ön salon dizaynı, üçbucaq pəncərə arakəsməsi ilə daha yaxşı görmə sahəsini təmin etmək üçün kor nöqtələri minimuma endirir.
    Bundan əlavə mövcud arxa görüş kamerası sizə arxada baş verənlərin daha da aydın görüntüsünü verir.

    EURO NCAP ÜZRƏ 5-ULDUZ DƏRƏCƏSI

    SUBARU XV - sərnişinlərin müdafiəsində standartı müəyyən etmişdir. Dəqiqliklə işlənmiş və yoxlanılmış SUBARU XV avtomobil üçün mümkün olan ən yüksək dərəcəni - Euro NCAP üzrə 5-ulduz dərəcəsini (*1) qazanmışdır.

    AVTOMOBİLİN DİNAMİKAYA NƏZARƏT SİSTEMİ

    Avtomobilin Dinamikaya Nəzarət Sistemi sensor oxlarının vasitəsilə avtomobilin sürücünün nəzərdə tutduğu istiqamətdə gedib-getmədiyinə nəzarət edir. Şin sürüşdükdə və ya yüksək sürətlə dönmə zamanı avtomobil nəzərdə tutulmuş yolundan çıxdıqda tam intiqalın burucu momentinin paylaşdırdırılması, mühərrikin gücü və əyləclər hər təkərdə maşının öz yolunda qalmasına kömək etmək üçün uyğunlaşır.

    OTURACAQLAR, OTURACAQ KƏMƏRLƏRİ VƏ SRS (köməkçi təhlükəsizlik sistemi) (*2) TƏHLÜKƏSİZLİK YASTIQÇALARI

    Hündürlüyü tənzimlənən ön təhlükəsizlik kəmərlərinin ön tarımlayıcıları sərnişinləri yerində möhkəm saxlayır. SUBARU XV-nin sarsılmadan irəli gələn travmanı azaldan ön oturacaqları və zərbə enerjisini söndürən başaltıları ön sərnişinləri arxadan toqquşma zamanı daha yaxşı qorumağa kömək edir. Hətta arxa oturacaqlar yandan zərbələrin təsirini azaltmaq üçün oturuş pozisiyası arxada olmaqla müdafiəni təmin etmək üçün optimallaşırılmışdır. Ön, ön-yan, pərdə və diz üçün SRS (*2) təhlükəsizlik yastıqcaları bütün modellərdə standartdır. Həmçinin yük yerini məhdudlaşdırmayan bağlayıcı və İSO-FİX ankerləri uyğun uşaq oturacaqlarının rahat quraşdırılmasını asanlaşdırır.

    KABİNANI QORUYAN SXEM

    Məsələ təhlükəsizlik olduqda hər SUBARU ümumi təcrübədən kənara çıxır. Qarşıdan toqquşma zamanı SUBARU XV-nin SUBARU BOXER mühərriki və sürət qutusu sizə qorumaq üçün kabina ilə toqquşmaya yol verməmək üçün dizayn edilmişdir.