Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    Özünü sərbəst burax.

    Cəlbedici interyeri sizi həqiqətən rahatlıq verən salona daxil edir.

    Daha rahat arxa oturacaqlar

    Əvvəlki model ilə müqayisədə bütün salon daha genişdir, arxada və diz altında daha çox yer var, həm arxa sərnişinlərə, həm də ön sərnişinlərə daha çox rahatlığı təmin edir. Arxa oturacaqların belinin maililiyi tənzimlənir  və uzun məsafələrə səfərləri daha da rahat edir.

     

     

    Ehtiyaclarınıza cavab verən interyer.

    Rahatlanın və həzz alın. Daha geniş , daha zəngin materiallar və yenilənmiş texnologiya tam yeni Legacy-in içində həzz alınacaq çox şeyin olduğunu göstərir.

    İşıqlandırılan İdarəetmə Paneli

    İdarəetmə panelinin mavi işıqlandırması görmə imkanını yaxşılaşdırmağa kömək edir. Bundan əlavə LCD cihaz panelinin mərkəzi displeyi cihaz paneli ilə bağlıdır və mərhələli naviqasiya, daxil olan zəng haqqında bildiriş və hətta kompas kimi faydalı məlumatı göstərir.

    USB və Köməkçi Audio girişləri

    iPod® (*1) və ya digər mobil musiqi cihazınızı standart AUX və USB giriş yerinə daxil edin və  cihazınızdakı musiqi Legacy-in audio sistemindən səslənəcək. Bundan əlavə iki USB giriş yeri ilə siz iki cihazı eyni zamanda qoşa bilərsiniz. (*2)

    İşıqlandırma

    Göy rəngdə daxili işıq Legacy-ə xarizmatik, gözəl görünüş bəxş edir. Dartılıb açılan fincan tutacağı və konsol qutusunun xoş göy rəngi onları qaranlıqda axtarıb-tapmağı asanlaşdırır.

    Mərkəzi Konsol Qutusu

    Daha iri mərkəzi konsol qutusu artıq daha çox CD-ni özündə yerləşdirir və qəpiklər, kartlar və qələm üçün xüsusilə yaradılmış tutucuları var.

    Uyğunlaşan həllər

    Həyat tələbləri fərqli olduğuna görə, Legacy-in onlara cavab vermək üçün yüksələ bildiyini bilmək xoşdur. Düyməyə basmaqla açılan avtomatik idarəetməli arxa qapı sizə yük yerinə dərhal daxil olmaq və yükü son dərəcə asanlıqda yükləyib yola düşmək imkanını verir.

    Səs Tanıma (*4)

    Bir cəhddə səs tanıma (*4) sizə qısa bir komanda vermək imkanını verir, məs. “Orxana zəng et” deyən kimi sistem tabe olur. Siz həmçinin zəruri hallarda sensorlu ekran və ya idarəetmə sükanındakı düymələr vasitəsilə də  komanda verə bilərsiniz.

    Harman/Kardon Audio Sistemi

    Ən son Harman/Kardon texnologiyasını,Green Edge, üstün audio sistemi özündə birləşdirən Legacy-də 12 Harman/Kardon dinamiki və daha zəngin audio təcrübə üçün təkmilləşdirilmiş akustika var.

    Arxa görüntü Kamerası

    Ekran həmçinin arxa görüntü kamerasını göstərir, hətta indi daha yaxşı görmə imkanını təmin etmək üçün son dərəcə geniş görüntünü təmin edir. Sürücü üçün daha dəqiq təbii görünüşü yaratmaq üçün kameranın yerləşdiyi yer də dəyişdirilmişdir.

    Qatlanan arxa oturacaqlar

    60/40 nisbətində qatlanan arxa oturacaqlar sayəsində siz oturma konfiqurasiyasını da asanlıqla dəyişdirə bilərsiniz.Bu, sizə daha geniş əşyaları və sərnişinləri daşımağa imkan verəcək.

    60/40 nisbətində qatlanan arxa oturacaqlar

    60/40 nisbətində qatlanan arxa oturacaqlar sayəsində siz oturma konfiqurasiyasını da asanlıqla dəyişdirə bilərsiniz.Bu, sizə daha geniş əşyaları və sərnişinləri daşımağa imkan verəcək.

    Yük

    Həyatınızın daha böyük hissəsi üçün daha çox yer var. 80 litrədək həcmdə olan çamadanlara daha çox yer saxlamaq üçün yükqaldırma qabiliyyəti daha da artırılmışdır və daha çox yük yerləşdirmək üçün döşəmə daha da yastılanmışdır.