Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    Qəzalardan qaçmağa hazırdır

    Subaru-da biz hesab edirik ki, ən yaxşı qəza baş verməyən qəzadır. Bu səbəbdən demək olar ki, istənilən hava şəraitində idarəetmənin tam nəzarətdə olmasını təmin etmək üçün biz Simmetrik  AWD ilə və aşağı ağırlıq mərkəzi ilə sabitliyi gücləndirmək üçün tam yeni Legacy-i  SUBARU BOXER mühərriki ilə təchiz etmişik. Maşının Dinamik İdarəetmə sistemi və geniş əyləci də təhlükədən qaçmalı olduğunuzda  maşının çevikliyini artırmaq üçün Legacy-ə atletik reflekslər verir.

    Yüksək görmə sahəsi

    Görmə sahəsini artırmaq və kor nöqtələri azaltmaq üçün çərçivəyə düzəlişlər etmişik. Həmçinin öndə görmə sahəsini artırmaq üçün öndəki kor nöqtələri azaldan qapıya quraşdırlmış yan güzgüləri olan ön yan nəfəslik pəncərələrini də nəzərdə tutmuşuq. 

    Maşının Dinamik İdarəetmə sistemi

    Maşının Dinamik İdarəetmə sistemi sensorlu cihaz vasitəsilə  maşının sürücünün nəzərdə tutduğu istiqamətdə getməsinə nəzarət edir və yoxlayır. Şin sürüşdükdə və ya yüksək sürət maşını nəzərdə tutulmuş yolundan kənara çıxardıqda, AWD  fırlanma anının paylanması, mühərrikin gücü və təkərlərin hər birinin əyləci  maşına yoldan çıxmamağa kömək etmək üçün tənzimlənir. 

    Fırlanma Anının Aktiv Vektorlanması

    Dönmə zamanı Fırlanma Anının Aktiv Vektorlanması  əyləcləri işə salır və fırlanma anını təkərlərin içinə daha və xaricinə isə daha çox paylayır. Bu xüsusiyyət daha kəskin dönmə və daha dəqiq idarəetməni təmin edir. Maşının Dinamik İdarəetmə sistemi  ilə birlikdə sizə zədələrdən uzaq olmağa və rahat təhlükəsizlik hissini bəxş etməyə kömək edir.

     Təhlükəsizliyə Yönəlik.

    Maşının içində olanların önəmini dərk edərək Legacy sizi və sərnişinlərinizi yeddi SRS (*) təhlükəsizlik yastıqcaları, Halqavarı Armatur Çərçivələr və Salonu qoruyan dizayn kimi yüksək keyfiyyətli təhlükəsizlik sistemləri ilə qoruma üçün əlindən gələni edir. Həyatda risklərlə qarşılaşırıq lakin ən çox dəyər verdiklərinizi Legacy-də olarkən qorumaq üçün ürəkdən səy göstərdiyimizə inana bilərsiniz.

    Ön planda Təhlükəsizlik

    Legacy-in hazırlanmasında qarşımızda sərnişini, sürücünü və piyadanı eyni dərəcədə qorumaq məqsədini qoyuruq, çünki avtomobili idarə etməkdən zövq almaq təhlükəsizlikdən  və ürək sakitliyindən başlayır. Maşınlarımızda təhlükəsizliyi öndə tuturuq. Biz qəza hallarında piyadaları qorumaq üçün maşınlarımızda xüsusi  enerji hopdurucu və ressorlayıcı konstruksiyaları da nəzərdə tutmuşuq.

    Euro NCAP üzrə 5 ulduz dərəcəsi

    Tam yeni Legacy-ə Euro NCAP-ın  (Yeni Avtomobillərin Qiymətləndirilməsi üzrə Avropa Proqramı ) təhlükəsizlik göstəriciləri üzrə sınağının son turunda maksimal beş ulduz təhlükəsizlik dərəcəsi verilmişdir.

    Oturacaq, Kəmərlər və SRS (*) Təhlükəsizlik Yastıqları

    Ön SRS (*) təhlükəsizlik yastıqları, üstə gəl ön yan SRS (*)təhlükəsizlik yastıqları,  SRS (*) təhlükəsizlik pərdələri və diz üçün SRS (*)təhlükəsizlik yastıqları Legacy-də standart olaraq təchiz edilir. Hündürlüyü tənzimlənən ön kəmərlərə sərnişinləri yerlərində sabit saxlamaq üçün dartıcılar və döş qəfəsinə düşən yüksək zərbələri azaltmaq üçün yük məhdudlaşdırıcıları daxildir.