Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    Açarsız daxil olma və Bir toxunuşla İşə düşmə sistemi

    Açar brelokunuz sizə tamamilə açarsız giriş imkanını verir. Ön qapıları və ya arxa qapını kilidləmək/açmaq üçün sadəcə qapı dəstələrini çəkin. Mühərriki işə salmaq üçün düyməni basın. 5-rəqəmli pin kod sizə hətta açarınız olmadıqda belə Subaru-ya daxil olmaq imkanını verir.

    Yuxarı/aşağı və Önə/geriyə tənzimlənən İdarəetmə Sükanı

    Maşını idarə etdiyiniz zaman rahatlığınızı təmin etməyə kömək etmək üçün tənzimlənən İdarəetmə Sükanı yuxarı və aşağı enir, önə və geriyə gedir.

    Kruiz Kontrol

    Açıq magistral yollarda uzun-müddətli səfərlər zamanı xüsusilə rahat olan bir toxunuşlu kruiz-kontrol ilə xüsusi səfər sürətini qurun və saxlayın.

    İşıqlandırılan İdarəetmə Paneli

    İdarəetmə panelinin mavi işıqlandırması görmə imkanını yaxşılaşdırmağa kömək edir. Bundan əlavə LCD cihaz panelinin mərkəzi displeyi cihaz paneli ilə bağlıdır və mərhələli naviqasiya, daxil olan zəng haqqında bildiriş və hətta kompas kimi faydalı məlumatı göstərir.

    İşıqlandırma

    Göy rəngdə daxili işıq Legacy-ə xarizmatik, gözəl görünüş bəxş edir. Dartılıb açılan fincan tutacağı və konsol qutusunun xoş göy rəngi onları qaranlıqda axtarıb-tapmağı asanlaşdırır.

    Arxa görüntü Kamerası

    Ekran həmçinin arxa görüntü kamerasını göstərir, hətta indi daha yaxşı görmə imkanını təmin etmək üçün son dərəcə geniş görüntünü təmin edir. Sürücü üçün daha dəqiq təbii görünüşü yaratmaq üçün kameranın yerləşdiyi yer də dəyişdirilmişdir.

    Sensorlu ekran

    Sensorlu ekran musiqini seçməyin asan yoludur, smatrfondakı kimi. Sadəcə smartfonunuzu Bluetooth® (*1) və ya USB port vasitəsilə qoşun və musiqinizi birbaşa olaraq sensorlu ekranda seçə bilərsiniz.

    Toz əleyhinə filtrli İkili-zonalı Avtomatik Kondisioner sistemi

    Həm sürücü, həm də ön sərnişin müxtəlif temperaturları qura bilər və iki-zonalı avtomatik kondisioneri klimat kontrol sistemi tərəfindən şəraitə uyğunlaşdıracaq.

    Səs Tanıma (*2)

    Bir cəhddə səs tanıma (*2) sizə qısa bir komanda vermək imkanını verir, məs. “Orxana zəng et” deyən kimi sistem tabe olur. Siz həmçinin zəruri hallarda sensorlu ekran və ya idarəetmə sükanındakı düymələr vasitəsilə də komanda verə bilərsiniz.

    USB və Köməkçi Audio girişləri

    iPod® (*3) və ya digər mobil musiqi cihazınızı standart AUX və USB giriş yerinə daxil edin və cihazınızdakı musiqi Legacy-in audio sistemindən səslənəcək. Bundan əlavə iki USB giriş yeri ilə siz iki cihazı eyni zamanda qoşa bilərsiniz. (*4)

    Qapaq və Lampalı Aksessuar Güzgüləri (sürücü və ön sərnişin üçün)

    Biz həm sürücü, həm də ön sərnişin üçün işıqlandırılan və örtülü aksessuar güzgülərini nəzərdə tutmuşuq.

    Alüminium Pedallar

    2.5i-S və 3.6R-S modellərindəki alüminium altlıqlar daha da idman tipli sürüş üçün tutucularla təchiz ediliblər.

    8 şəkildə Avtomatik Tənzimlənən Sürücü Oturacağı (kürək dəstəyi ilə)

    8 şəkildə avtomatik tənzimlənən sürücü oturacağı ilə ideal sürmə vəziyyətini seçin.

    Harman/Kardon Audio Sistemi

    Ən son Harman/Kardon texnologiyasını,Green Edge-i, üstün audio sistemi özündə birləşdirən Legacy-də 12 Harman/Kardon dinamiki və daha zəngin audio təcrübə üçün təkmilləşdirilmiş akustika var.

    Mərkəzi Konsol Qutusu

    Daha iri mərkəzi konsol qutusu artıq daha çox CD-ni özündə yerləşdirir və qəpiklər, kartlar və qələm üçün xüsusilə yaradılmış tutucuları var.

    Arxa ventilyasiya sistemi

    Arxa sərnişinlərə daha çox rahatlığı təmin etmək üçün Legacy modellərinə mərkəzi konsol qutusunun arxasında tənzimlənən arxa salon ventilyasiya dəlikləri daxildir.