Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    Simmetrik Tam ötürücülü təkərlər

    Tam yeni Legacy-də nəzarət əminlik verir və sabitlik həyəcanlandırıcı cəldlik yaradır. Subaru maşınları unikal tarazlaşdırılmış SUBARU BOXER mühərriki ilə birlikdə Simmetrik tam ötürücülü təkərlər sayəsində  sükan arxasında ruhlandırıcı əminlik bəxş edir. Bütün yollarda və pis şəraitlərdə hər zaman gücləndirilmiş nəzarət üçün bu sistem təkərlərin dördünü də işlədir. Uzununa uyğunlaşdırılmış əsas komponentlər sayəsində bu maşın mükəmməl köndələn tarazlığa və idarəetmə dəqiqliyinə malikdir, aşağı ağırlıq mərkəzi isə xüsusilə cəlbedici və həssas idarəetmə hissini yaradır. Simmetrik AWD-nin (tam ötürücülü təkərlər) unikal üstünlükləri müstəsna məmnunedici idarəetməni təmin edir və sizə təhlükədən asanlıqla uzaq durmağa kömək edir.

    Fırlanma anını aktiv yayan tam ötürücülü təkərlər (Active Torque Split AWD)

    Lineartronic-lə birgə Fırlanma anını aktiv yayan tam ötürücülü təkərlər (Active Torque Split AWD) sistemi fırlanma anının öndən arxaya yayılmasına davamlı olaraq nəzarət etməklə dartma qüvvəsinin şəraitlərinə, transmissiyaya və sürücünün idarəedici təsirinə uyğundur.

    Təkmilləşdirilmiş asma qurğu

    Təkmilləşdirilmiş ön asma dayaqlarından və arxa amortizatorlarından istifadə edən asma həssas sükan idarəetməsi və hamar, rahat sürüş arasında xoş tarazlığı təmin etmək üçün nəzərdə tutulub.

    Yırğalanan dayaq çərçivəsi

    Yırğalanan dayaq çərçivəsinin sayəsində Legacy-la siz daha hərəkətli idarəetmə ilə təmin ediləcəksiniz. Toqquşma zamanı Yırğalanan dayaq çərçivəsi ön əzilmə zonasını uzadaraq mühərrikə salonun altında geri çəkilmək imkanını verir.

     

     

    SUBARU BOXER Mühərriki

    Legacy-in sahib olduğu özünə əminliyi bəxş edən bir neçə maşın var, beləliklə bunun necə əldə edildiyinə təəccüblənməyəcəksiniz. SUBARU BOXER mühərrikinin üfüqi əks silindrli konfiqurasiyası digər mühərrik növləri ilə müqayisədə daha aşağı və yastı görünüş üçün porşenləri 180 dərəcə məsafədə yerləşdirir. Bu, mühərrikə və ümumilikdə maşına daha aşağı ağırlıq mərkəzini və daha yaxşı tarazlıq hissini verir. Daha sonra porşenlərin əks hərəkətləri bir birinə qarşı işləyir və təbii olaraq vibrasiyanı azaltmağa kömək edir.

    Yüksək Sabitlik

    Mühərrik bloku daha yastı profilə sahib olduğuna və şassidən aşağıda yerləşdiyinə görə, maşın ümumilikdə daha sabit tarazlaşdırılmışdır və digər dizaynlarla müqayisədə bir tərəfdən digər tərəfə hərəkətə dayanıqlıdır.

    Uzun-müddətli xidmət

    Mühərrikin yastı dizaynı olduqca möhkəmdir və özünü tarazlaşdırır, davamlılıq və etibarlı xidmət üçün eyni sinfin cərgəsinə aid V-tipli və ya 4 silindrli mühərriklə müqayisədə daha az vibrasiya yaradır.

     

     

    3.6-LİTRLİK DOHC SUBARU BOXER

    3.6-litrlik DOHC SUBARU BOXER mühərriki ən iri mühərrik olmaqla yanaşı enerjinin hər tərəfə hamar ötürülməsini, səssiz hərəkəti, aşağı emissiya miqdarını və təqdirəlayiq yanacaq sərfini təklif edir. Yüngül, kompakt və yaxşı balanslaşdırılmış mühərrik digər maşını ötmək və ya svetoforda və ya stop nişanının qarşısında dayandıqdan sonra yola davam etmək tələb olunduqda güclü fırlanma anını yaratmaq üçün Aktiv Qaz paylama sisteminə malikdir. Səs-küyü, vibrasiyanı, yanacaq sərfini və emissiyaları daha da azaltmaq üçün bu mühərrikin sürtünməsi azaldılmış, möhkəmliyi isə artırılmışdır. Hər bir sürətdə Legacy-inizin optimal yanacaq sərfinin təmin edilməsində sizə yardım etmək üçün 3.6-litrlik mühərrik hamar və effektiv Lineartroniklə təmin edilmişdir.

    MAKSİMAL GÜCÜ:
    191 kW (260 PS) / dəqiqədə 6,000 dövr
    MAKSİMAL FIRLANMA ANI:
    350 Nm (35,7 kgfm) / dəqiqədə 4,400 dövr
    YANACAQ SƏRFİ (*2) :
    9.9 lit./100 km (Lineartronic)
    CO2 EMİSSİYALARI (*2) :
    230 q/km (Lineartronic)

    2.5-LİTRLİK DOHC SUBARU BOXER

    Legacy-in özü-özlüyündə hamar və güclü olan 2.5-litrlik DOHC mühərrikini təkmilləşdirib güclü və yanacağa qənaətli etmişik. Ortadan-aşağıya fırlanma anını təkmilləşdirmək üçün xüsusi düzəlişlər etmişik və beləliklə avtomobili tam dayandırdıqdan son sürətlənmək üçün daha çox gücə ehtiyacınız olduqda bu gücü əldə edə biləcəksiniz. Dəqiqədə 4,000 dövr kimi aşağı dövrlərdə nəzərəçarpan 235-Nm-lik fırlanma anının sayəsində onun şəhər yollarında daha həssas və trasda daha güclü olduğunu görəcəksiniz. Lineartronic-lə birlikdə yanacağa daha qənaətlidir və daha təmiz işləyir və onu sizin cibiniz və ekologiya üçün daha əlverişli edir.

    MAKSİMA GÜC:
    129 kW (175 PS) / dəqiqədə 5,800 dövr
    MAKSİMAL FIRLANMA ANI:
    235 Nm (24.0 kqfm) / dəqiqədə 4,000 dövr
    YANACAQ SƏRFİ* :
    7.0 lit./100 km (Lineartronic) 161 q/km (Lineartronic)
    CO2 EMİSSİYALARI* :
    161 q/km (Lineartronic)

     

     

    Lineartronic

    • SUBARU BOXER mühərrikinizdən və Simmetrik AWD-dən daha çox faydalanmanız üçün nəzərdə tutulmuş səmərəli Mərhələsiz Dəyişən Lineartronic Transmissiya yeni Legacy-ə 2.5-litrlikmodellərində 7.7lit./100km sürətdə mühərriki ideal enerji diapazonunda saxlayır və sinfinin yanacağa qənaətli aparıcı maşın statusunu vermək imkanını verir. Yeni keçid tənzimləyiciləri həm 2.5-litrlik, həm də 3.6-litrlik mühərriklərdə sürüşü yüngül, hamar və həssas edir, 3.6R-L-da isə Lineartronic daha hamar və sakit sürüş üçün daha az mexaniki səslə daha yüksək fırlanma gücünü idarə edir. Keçid tənzimləyicilərinin yeni mərhələli hamar tənzimləyiciləri var. Bu tənzimləyicilər maşının sürətinə və mühərrikin sürətinə uyğunlaşır və maşınla sürücü arasında güclü və rahat əlaqəni yaratmaq üçün sürətlənmə zamanı sürücüyə keçid məqamlarını hiss etməyə imkan verir.

    •  

    •  

    •  

    •  

    •  

    •  

    •  

    • Sükanaltı Keçirici Düymələr

    • Sükanaltı Keçirici Düymələr sürəti sükanın altına quraşdırılmış düymələrə basmaqla keçirmək üçün nəzərdə tutulub. Bu düymələr sizə olduğunuz şəraitə uyğunlaşmaq üçün Lineartronic-in ötürmə sayını seçmək imkanını verir. Zəruri hallarda cəld reaksiya vermək üçün həmçinin altı mərhələli mexaniki rejimli Benzin modelləri və yeddi-sürətli mexaniki rejimli Dizel modelləri də təqdim edilir. Nəticədə daha kəskin və idman üslublu idarəetmə imkanı təmin edilir.

    •  

    •  

    •  

    •  

    •  

    •  

    SI-DRIVE

    Sürmə üslubunuza uyğun olaraq SUBARU-nun ağıllı idarə etmə sistemi (SI-DRIVE) demək olar ki, istənilən vəziyyətdə güc və hərəkətliliyi dərhal dəmin etmək üçün böyük dövrələrə və sürətlərə tezliklə keçmək qabiliyyətini uyğunlaşdıra bilir.

    İdman üslublu Kəskin rejim (Sport Sharp Mode)

    Mühərrikin gücünün yüksək olmasını istəyirsinizsə sürəti tez yığmaq və çevik reaksiya vermək üçün Sport Sharp Mode rejimini seçin. Bundan əlavə daha çox nəzarəti ələ almaq üçün Sükanaltı Keçirici Düymələrdən istifadə edin. İdman üslublu idarəetmədən həzz almaq üçün bu rejim Legacy-inizin maksimal potensialını üzə çıxarır.

    Sport Rejimi

    Yüksək həssaslığa malik rejim dərhal sürətlənmək qabiliyyəti ilə bütün ətraf şəraitlərə çox yaxşı uyğunlaşır. Bu rejim həm traslarda yüksək sürətdə, həm də dolanbac yollarda maşın sürməni bir əyləncəyə çevirir.

    Ağıllı Rejim

    Mülayim enerji təminatını təklif edən bu rejim şəhərdə yerli küçələrdə uzun məsafələri qət etmək və ya yüksək yanacaq qənaəti üçün idealdır. Bu rejim yağışda və ya qarlı yollarda çevik idarəetməni təmin edir.