Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az

    18-düymlüq Alüminium Xəlitəli Təkərlər

    Çox-milli 18-düymluq alüminium xəlitəli təkərlər eksklüziv olaraq Outback üçün nəzərdə tutulmuş nahamar görünüşə və təkmilləşdirilmiş yanacaq qənaətliliyi üçün aerodinamik dizayna malikdirlər. 225/60R18-lik yüksək keyfiyyətli şinlərlə birlikdə onlar Outback 2.5i-S və 3.6R-S modellərinin cəlbedici əlavələrini təşkil edirlər.

    17- düymluq Alüminium Xəlitəli Təkərlər

    Zərif 5-ikili milli 17-düymluq təkərlər Outback 2.5i modelində 225/55 R17 şinləri ilə birgə təqdim edilib.

    Avtomatik Səviyyə tənzimləyiciləri olan LED Ön Fənərləri

    Bu ön fənərləri yandıran kimi maksimal işıqlandırmanı əldə edəcəksiniz və avtomatik səviyyə tənzimləyicisi optimal görünüş sahəsi üçün fənərlərin düzgün bucağa yönəlməsini təmin edəcək. Sizə hətta qaranlıqda təhlükəsiz hərəkət etməyə imkan vermək üçün maşına daxil olduqda və ya maşından çıxdıqda salamlayıcı lampalar da avtomatik olaraq yanır.

    Pop-up tipli Ön Fənər Yuyucuları

    Ön fənərlərin pis hava şəraitində də ən yaxşı nəticələri göstərə bilmələrini təmin etmək üçün bu pop-up tipli yuyucular onları lazımi şəkildə təmizləmək üçün yüksək təzyiqli şırnaqdan istifadə edirlər.

    Ön Duman Fənərləri

    Bu effektiv fənərlər əlavə təhlükəsizlik üçün dumanda daha az işıq əks etdirirlər və gündüz zamanı istifadə olunan fənərlər kimi də kömək edirlər.

    Avtomatik Yağış Sensorlu Şüşətəmizləyicilər

    Yağıntı aşkar edildikdə mövcud avtomatik şüşə təmizləyiciləri işə düşəcəklər və silmə intervallarını və sürəti müvafiq şəkildə tənzimləyəcəklər.

    Yan tirli Dam yük yeri

    Sərt dam tirləri daşınan əlavə əşyaları tutmağa kömək edir. Siz görəcəksiniz ki, tam yeni Outback-in işi yerinə yetirmək üçün bir çox imkanı var.

    Avtomatik idarəetməli Arxa Qapı

    Həyat tələbləri fərqli olduğuna görə, Outback-in onlara cavab vermək üçün yüksələ bildiyini bilmək xoşdur. Düyməyə basmaqla açılan avtomatik idarəetməli arxa qapı sizə yük yerinə dərhal daxil olmaq və yükü son dərəcə asanlıqda yükləyib yola düşmək imkanını verir.

    Salon damının spoyleri

    Outback-in mürəkkəb quruluşlu və aerodinamik dam spoyleri arxa qapıya harmonik şəkildə inteqrasiya edilmişdir. Ona xarici görünüş vermək və damda yerləşən yük yerinə yükün yüklənməsi ilə əlaqədar çızıqları gizləməyə kömək etmək üçün arxa tərəfi qara rəngdədir və örtüyü yoxdur.

    Açarsız daxil olma

    Açar brelokunuz sizə tamamilə açarsız giriş imkanını verir.