Forester

Kəşf etmək üçün doğulmuş.

.

Təhlükəsizlik

Oturacaqlar, Təhlükəsizlik Kəmərləri və SRS* Hava Yastıqçaları

Ön SRS* hava yastıqçaları, üstə gəl ön yan, pərdə tipli SRS* yastıqçaları və dizlik SRS* hava yastıqçaları Forester üçün standartdır. Hündürlüyü tənzimlənən ön təhükəsizlik yastıqçalarının sərnişinləri yerində möhkəmə saxlamaq üçün ön sıxıcıları, eləcə də döş qəfəsinə düşən yüksək təzyiqləri azaldan yük məhdudlaşdırıcıları var. Arxadan toqquşma zamanı ön oturacaqların sərt çərçivələri, möhkəm boyunaltıları və daxili oturacaqların yaylarının enerjini özünə çəkən qurğusu sarsılmadan irəli gələn travmanı azaltmağa kömək edir.

Halqavarı Möhkəmləndirici Çərçivə

Halqavarı Möhkəmləndirici Çərçivə sərnişin kabinasının damını, qapılarını, pilləkənlərini və döşəməsini gücləndirir. Bu dizayn, toqquşma zamanı yüksək-güclü materiallardan istifadə etməklə və onları strateji yerlərdə yerləşdirməklə zərbənin təsirini sərnişinlərdən ayırmağa və yaymağa kömək edir. Burulma sərtliyi gücləndirilsə də ümumi çərçivə yüngül qalıb.

Piyadaların Müdafiəsi

Maşının daxilində zərbəni hopduran boşluq, enerjini-hopduran ön bamper və ön şüşətəmizləyicilər ətrafındakı xüsusilə nəzərdə tutulmuş hissə piyadalara vurula biləcək xəsarəti azaltmağa kömək edir. Baş nahiyəsini qorumaq üçün isə öndə çıxarılıb-taxılan konstruksiya icra edilmişdir.

EURO NCAP Ü ZRƏ 5-ULDUZ DƏRƏCƏSİ

Subaru Forester - Euro NCAP (Yeni avtomobillərin qiymətləndirilməsi üzrə Avropa proqramı) təhlükəsizlik sınağının son raundunda mümkün olan ən yüksək 5-ulduz dərəcəsini qazanmışdır.

Kabinanı qoruyan sxem

Məsələ təhlükəsizlik olduqda hər SUBARU ümumi təcrübədən kənara çıxır. Qarşıdan toqquşma zamanı Forester-in SUBARU BOXER mühərriki və sürət qutusu müdafiəni təmin etmək üçün kabina ilə toqquşmaya yol verməmək şəkildə dizayn edilmişdir.

Görmə sahəsi

Öz sinfində ön və arxa görüş sahəsinin aydınlığına görə ən üst yerdə qərarlaşan Forester sürücüyə dar yollarda və sıx yerlərdə rahatlığı təmin edir. Düzgün yerləşdirilmiş qabaq dayaq və inteqrasiya edilmiş arakəsmə şüşələrlə kor nöqtələr minimuma endirilir. Yan güzgülər də qapı panellərinə yerləşdirilərək son dərəcə açıq görüş sahəsini təmin edir.

Əyləc sistemi

Ehtiyacınız olduqda Əyləc gücünü bütün dörd təkər arasında paylaşdırmağa kömək etmək üçün Standart 4-təkər diskli Əyləc sistemi Əyləc Gücünün Elektron Paylayıcısı ilə Antiblok Əyləc Sistemi (ABS) ilə, eləcə də təcili Əyləcləməli olduqda nəzarəti əldə saxlamaq üçün Yardımçı Əyləcləmə Sistemi (Brake Assist) və Qaz pedalını bloklama sistemi (Brake Override) ilə genişləndirilmişdir. Bundan başqa dayandıqdan sonra istənilən yoxuşda yenidən yola düşmək üçün geriləmənin qarşısını almağa kömək edən Auto Vehicle Hold sistemi də var. DIT modelində daha yaxşı Əyləc xüsusiyyətlərini yaratmaq üçün daha geniş 17-düymluq ventilyasiyalı ön əyləc diskləri və 16-düymluq ventilyasiyalı arxa əyləc diskləri var.

Avtomobilin Dinamikaya Nəzarət Sistemi

Avtomobilin Dinamikaya Nəzarət Sistemi sensor oxlarının vasitəsilə avtomobilin sürücünün nəzərdə tutduğu istiqamətdə gedib-getmədiyinə nəzarət edir. Şin sürüşdükdə və ya yüksək sürətlə dönmə zamanı avtomobil nəzərdə tutulmuş yolundan çıxdıqda tam intiqalın burucu momentinin paylaşdırdırılması, mühərrikin gücü və əyləclər maşının öz yolunda qalmasına kömək etmək üçün hər təkərdə uyğunlaşır.