Model cərgəsi və xüsusiyyətlər
Onun məqsədi – sizin öz məqsədinizi dərk etməyinizə kömək etməkdir.
İstədiyinizi əldə etmək üçün daxilinizdəki gücü üzə çıxarın. Legacy avtomobili Simmetrik AWD ilə, getməli
olduğunuz hər yerə sizi aparmaq üçün daha idmansayağı, daha məsuliyyətli sürücülüyün verdiyi sevinc
hissi, eləcə də daimi dörd təkər (AWD) imkanı bəxş edir. Xüsusən də onun tərzli görünüşü gözlər üçün
bayramdır, yaxşı təchiz olunmuş interyeri isə faydalı texnologiyalar təklif edir və toxunuş zamanı xoş
təəssürat buraxan peluş materiallardan hazırlanmışdır. Bu sedan idman avtomobili ehtiyacınız olan
bütün rahatlıqları təmin edir və avtomobil idarə etmənin verdiyi əsl zövqü dadmaq üçün hərəkət
sərbərstliyi verir.