Legacy

Daha böyük hədəflərə çatın.

.

Subarunun universal təhlükəsizliyi

Avtomobiliniz narahatçılıq üçün əsas yaratmadıqda həyat daha xoş olur. Buna görə də, Subaru heyəti üçün təhlükəsizlik ən birinci yerdədir. Keçmişdə təyyarə sənayesində fəaliyyət göstərmiş Subaru, 50 il ərzində işlənib hazırlanmış qabaqcıl təhlükəsizlik funksiyalarını tənzimləyərək, sınaqlardan və təkrar sınaqlardan keçirərək insanlara yönəlmiş siyasətini davam etdirir. Toqquşmadan qoruma / toqquşmanın qarşısının alınması sistemləri, eləcə də “Subaru Global Platform” və Simmetrik dörd təkərə intiqal kimi unikal texnologiyalar sayəsində Subaru qəzasız gələcək yaratmaq naminə davamlı olaraq Universal təhlükəsizliyi inkişaf etdirməyə çalışır.

Aktiv təhlükəsizlik

Advanced Safety Package: Subaru Rear Vehicle Detection (SRVD)<sup>*</sup>

Qabaqcıl Təhlükəsizlik Sistemi: Subaru Arxa Avtomobil Detektoru*

Subaru Arxadakı Avtomobil Detektoru zolağı daha təhlükəsiz bir şəkildə dəyişdirmək üçün arxa ləkələrin xəbərdar edilməsi məqsədi ilə avtomobilin ətrafında erləşdirilmiş ötürücülərdən istifadə edir və çarpaz nəqliyyatda hərəkət zamanı potensial toqquşma ilə bağlı sizi xəbərdar edə bilir.

Advanced Safety Package: High Beam Assist (HBA)<sup>*</sup>

Qabaqcıl Təhlükəsizlik Sistemi: Uzaq məsafəli Şüa İmkanı*

Uzaq məsafəli şüa imkanı, avtomobilin gecə istifadəsi zamanı sürüş şəraitindən asılı olaraq avtomatik şəkildə Legacy-nin uzaq məsafəli şüasını işə salmaq və qapamaqla görüntü sahəsini və təhlükəsizliyi artırır.

Auto Vehicle Hold

Maşının Dinamik İdarəetmə sistemi

Maşının Dinamik İdarəetmə sistemi sensorlu cihaz vasitəsi ilə maşının sürücünün nəzərdə tutduğu istiqamətdə getməsinə nəzarət edir və yoxlayır. Şin sürüşdükdə və ya yüksək sürət maşını nəzərdə tutulmuş yolundan kənara çıxardıqda, AWD fırlanma anının paylanması, mühərrikin gücü və təkərlərin hər birinin əyləci maşına yoldan çıxmamağa kömək etmək üçün tənzimlənir.

Vehicle Dynamics Control System + Active Torque Vectoring

Fırlanma Anının Aktiv Vektorlanması

Dönmə zamanı Fırlanma Anının Aktiv Vektorlanması əyləcləri işə salır və fırlanma anını təkərlərin içinə daha az xaricinə isə daha çox paylayır. Bu xüsusiyyət daha kəskin dönmə və daha dəqiq idarəetməni təmin edir. Maşının Dinamik İdarəetmə sistemi ilə birlikdə sizə zədələrdən uzaq olmağa və rahat təhlükəsizlik hissini bəxş etməyə kömək edir.

Increased Visibility

Yüksək görmə sahəsi

Görmə sahəsini artırmaq və kor nöqtələri azaltmaq üçün çərçivəyə düzəlişlər etmişik. Həmçinin öndə görmə sahəsini artırmaq üçün öndəki kor nöqtələri azaldan qapıya quraşdırlmış yan güzgüləri olan ön yan nəfəslik pəncərələrini də nəzərdə tutmuşuq.

Passiv təhlükəsizlik

Cabin-protecting Layout

Salonun Mühafizəsi Tərtibatı

Məsələ sizin təhlükəsizliyiniz olduqda hər bir Subaru avtomobili standartların üstündə bir təcrübə həyata keçirir. Qarşıdan toqquşma zamanı Legacy-nizin Subaru Boxer mühərriki və sürətlər qutusu sizin təhlükəsizliyiniz məqsədilə salon daxilində hərəkətin qarşısını alma üçün dizayn edilib.

Supplemental Restraint System (SRS)<sup>*</sup> Airbags

Əlavə Qoruyucu Sistem Hava Yastıqları

Toqquşma anında bütün sərnişinlərin daha yüksək səviyyəli təhlükəsizliyini təmin etmək üçün Legacy- dəki ƏQS ön hava yastıqları, ƏQS ön yan tərəf hava yastıqları, ƏQS pərdə hava yastıqları və diz hava yastıqları standart formada işə düşür.

Ring-shaped Reinforcement Frame

Halqaşəkilli Gücləndirilmiş Çərçivə

Halqaşəkilli Gücləndirilmiş Çərçivə sərnişin kabinini avtomobilin damından qapılara, yastıqlara və döşəməyə qədər möhkəmləndirir. Bu dizayn toqquşma anında zərbə enerjisini zərbəyə məruz qalan şəxsdən yayındırmaq və yox etməkdə yardımçı olur. Bu, eyni zamanda daha gücləndirilmiş,yüngül şassinin və daha mükəmməl,gücləndirilmiş mühafizənin təmin edilməsinə kömək edir.

Head Restraints on Front Seats

Ön Oturacaq Başlığı

Həm hündürlük, həm dərəcəsi tənzimlənə bilən başlıqlar fərqli ölçülərə və rahatlıq seçimlərinə məxsus sərnişinlərə xidmət göstərmək üçün dizayn edilib.

Front Seatbelts with Pretensioners and Load Limiters

Saxlayıcı Mexanizm və Yük Məhdudlaşdırıcı xüsusiyyətləri olan Ön Təhlükəsizlik Kəmərləri

Yüksəkliyi tənzimlənə bilən ön təhlükəsizlik kəmərləri, sərnişinlərin yerlərində kip oturmalarını təmin edən saxlayıcı mexanizm və pik qüvvəni sinəyə istiqamətləndirən yük məhdudlaşdırıcılarından ibarətdir.

EyeSight

SUBARU-nun dünyada öndə gələn Sürücüyə Yardım Texnologiyası

SUBARU-da biz hərtərəfli təhlükəsizliyə inanırıq və onun mühüm bir hissəsi də toqquşma öncəsi təhlükəsizliyi təmin etməkdir, yəni qəzanın baş verməsinə yol verməmək üçün əlimizdən gələni etməkdir. Beləliklə, biz SUBARU-nun qabaqcıl Sürücüyə Yardım sistemini – Eyesight-i yaratdıq. EyeSight yolda demək olar ki, insan gözü qədər mükəmməl şəkil tanıma texnologiyasının köməyi ilə 3 ölçülü rəngli şəkilləri çəkmək üçün əlavə ikinci cüt göz kimi sizin köməyinizə gələcək 2 stereo kameradan istifadə edir. Qarşıdakı obyektin formasını, sürətini və məsafəni

tam dəqiqliklə müəyyənləşdirmək üçün hər iki kameradan gələn görüntülərdən istifadə etməklə, sadəcə böyük nəqliyyat vasitələrini deyil, eləcə də motosiklet, velosiped və piyadaları da təyin etmək olur. Təhlükəli vəziyyət yarandıqda sürücüyə xəbərdarlıq edir və qəzadan yayınmağa kömək etmək üçün lazım gələrsə, əyləci hərəkətə keçirir.Bu cür inkişaf etdirilmiş təhlükəsizlik sistemiylə EyeSight sürücünün üzərindəki yükü azaldır və Legacy avtomobilində özünüzü daha təhlükəsiz hiss etməyinizi təmin edir.

Adaptive Cruise Control

Uyğunlaşdırılan Sürət Sabitləşdiricisi

Eyesight ənənəvi sürət sabitləşdiricilər kimi sadəcə sürücünün müəyyənləşdirdiyi sürəti qoruyub saxlamır. Qarşıda nəqliyyat vasitəsi hiss etdikdə, Uyğunlaşdırılan Sürət Sabitləşdiricisi iki nəqliyyat vasitəsi arasındakı məsafəyə və sürətlərdəki fərqə nəzarət etməklə qarşıdakı nəqliyyat vasitəsi ilə aradakı zəruri məsafəni saxlamaq üçün sürəti tənzimləyir. Təqribən 0 km/saatdan 180 km/saata qədər olan nəqliyyat axınına uyğun olaraq sürəti seçmək üçün mühərriki, sürətlər qutusunu və əyləci tənzimləyir. Avtomagistral, magistral və buna bənzər yollar üçün hazırlanmış Adaptive Cruise Control əslində tez-tez dayanaraq irəliləməli olduğunuz vəziyyətlərdə də qarşıdakı avtomobili və ya onun xəbardarlıq lampasını aşkar edə və sürəti qoruyub saxlaya bilir. Uzun səyahətlərdə rahatlığı və komfortu hiss edin.
 

Lane Sway and Departure Warning

Zolaq İdarəetməsi və Kənara Çıxma Xəbərdarlığı

Yorğunluq səbəbindən fikriniz yayındıqda, yaxud zolaq daxilində düzgün hərəkət etmədikdə Zolaq İdarəetmə Xəbərdarlığı səsli signal və yanıb sönən göstərici vasitəsilə vəziyyətdən xəbərdar olmağınıza kömək edir. Lakin Zolaq İdarəetmə Xəbərdarlığı yalnız 60km/saat və yuxarı sürətdə aktivləşir. Təqribən 50 km/s və ya daha çox sürətlə hərəkət edərkən səhvən zolağın kənarına meyl edib siqnal vermədən zolaqdan kənara çıxmağa başlasanız, Zolaq İdarəetmə Xəbərdarlığı siz zolağı tərk etməzdən əvvəl səsli siqnal və yanıb sönən göstərici ilə xəbərdarlıq edir.
 

Lead Vehicle Start Alert

Sürücü Başlatma Xəbərdarlığı

Dayanmış vəziyyətdə olarkən Eyesight nəqliyyatın yenidən hərəkətə başladığını təyin edərsə, Sürücü Başlatma Xəbərdarlığı səs signalı və yanıb sönən göstəricilərlə sürücüyə yenidən hərəkət etməsini xatırladır.

Pre-Collision Braking System<sup>*2</sup>

Toqquşma Öncəsi Əyləc Sistemi*2

Qarşıda bir nəqliyyat və ya başqa birmaneə ilə toqquşma təhlükəsi hiss etdikdə Toqquşma Öncəsi Əyləc Sistemi sürücünü signal və ya sürət panelindəki işıqla xəbərdar edir. Sürücü toqquşmanın qarşısını almaq üçün heç bir tədbir görmədiyi halda sistem zərbə təsirini azaltmaq, yaxud mümkün olan halda toqquşmanın qarşısını almaq üçün avtomatik olaraq əyləci işə salır. Əgər sürücü toqquşmadan yayınmaq üçün tədbir görərsə, bu zaman Toqquşma Öncəsi Əyləc Sistemi sürücüyə toqquşmanın qarşısını almaqda kömək edə bilir.
 

Pre-Collision Throttle Management

Toqquşma Öncəsi Drossel İdarəetməsi

Eyesight qarşınızda bir əngəl olduğunu müəyyən edərsə və siz “Geri” əvəzinə “Sür” pilləsinə keçsəniz Toqquşma Öncəsi Drossel İdarəsi bir neçə qısa signal verir, göstəricini yandırıb söndürür və qarşıdan toqquşmanın qarşısını almaq üçün mühərrikin fəaliyyətini dayandırır.