Forester

Hər şeyə hazır.
İndiyə kimi etmək istədiyiniz hər şeyi
bu avtomobillə edə biləcəksiniz.

Forester




SUBARU BOXER Mühərriki

Boxer mühərriki porşenləri bir-birinə üfüqi istiqamətdə yerləşdirilmiş mühərrik konfiqurasiyasıdır.

Subaru 50 ildən artıqdır ki, avtomobillərində davamlılıq və etibarlı performansına görə digər mühərrik növləri ilə müqayisədə daha çox üstünlüklərə sahib SUBARU BOXER mühərrikindən istifadə edir.

Təkmilləşdirilmiş Sabitlik

Aşağı ağırlıq mərkəzi və yastı dizaynı digər mühərrik növləri ilə müqayisədə daha yaxşı yan tarazlığı təmin edir.

Təbii Tarazlıq

Mühərrikin yastı dizaynı davamlıdır və özü-özünü tarazlaşdırma xüsusiyyətinə malikdir və digər mühərrik növlərinə görə daha az titrəməyə səbəb olur.

Simmetrik Tam Ötürücü Sistem

Subarunun Simmetrik Tam Ötürücü Sistemi yaş və sürüşkən yollarda hərəkəti yaxşılaşdırmaq üçün enerjini bütün təkərlərə bərabər qaydada paylayır.

Üfüqi simmetrik müstəvi formasında dizayn edilmiş bu sistem daha sabit və təhlükəsiz hərəkəti təmin etmək üçün düzgün tarazlaşdırılmış aşağı ağırlıq mərkəzinə sahibdir.

Lineartronik + DÖNMƏ ANINI AKTİV PAYLAŞDIRAN TAM ÖTÜRÜCÜ SİSTEM

Lineartronik sürətin effektiv və rahat artırılması, daha yaxşı idarəetmə performansı və yanacağa qənaət üçün mühərriki ən effektiv həddə saxlamaqla bir sürətdən digərinə rahat keçidi təmin etmək üçün istənilən həddəki əmsalı tənzimləyir.

O, dönmə anını aktiv paylaşdıran tam ötürücü sistem ilə birgə fəaliyyət göstərir. Onun başlanğıc dönmə anı öndən arxaya yaxşı tarazlaşdırılıb və cari hərəkət şəraiti ilə qarşılıqlı şəkildə tənzimlənir.

Subaru Qlobal Platforması

Subaru Qlobal Platforması (SQP) yeni nəsil Subaru avtomobilləri üçün dayaq rolunu oynayan əsas platformadır.

Təhlükəsizlik və performansı hərtərəfli artırmaqla sizə yalnız Subaru avtomobilini idarə edərkən yaşaya biləcəyiniz hisslər vəd edir.

Daha Əyləncəli İdarəetmə

Həssas idarəetmə təhlükələrdən daha yaxşı qorunmaq üçün avtomobili düzgün qaydada sürməyə imkan verir. Tamamilə yenilənmiş Forester döngələrdə yolu tam əhatə edərək uzun səyahətləri belə daha təhlükəsiz və əyləncəli hala gətirir.

Səyahət Rahatlığı

Şassinin davamlılığı, saxlama qüvvəsi və stabilizatorun təkmilləşdirilməsi yol və kələ-kötür səthlərdən dolayı yaranan silkələnmələri məharətlə aradan qaldırır və uzun səyahətlər zamanı daha çox rahatlıq, daha az yorğunluq hissi yaşadır.

Rahat Salon

Bütün sərnişinlərin səyahətdən zövq almasını təmin etmək üçün bütün xoşagəlməz titrəyişlər və səs-küy azaldılmışdır. Saxlama qüvvəsinin təkmilləşdirilməsi və yüksək dözümlülüyə sahib şassi hər kəs üçün rahat salon interyeri yaradır.

X-Rejimi

Tamamilə yenilənmiş Forester əyləncəli təbiəti, həssas sükanı və möhtəşəm rahatlığı ilə avtomobili idarə edərkən tam əminlik hissi yaradır.

Hətta SUV yüksəkliyi ilə döngələrdə taraz vəziyyətində olan Forester hər kəsin avtomobili idarə edərkən xoş hisslər keçirməsi üçün uzun səyahətlərdə yorğunluğu azaltmaq məqsəd ilə diqqətlə dizayn edilmişdir. Simmetrik tam Ötürücü Sistem və bütün modellərdə təkmilləşdirilmiş X-Rejim standartı ilə gedəcəyiniz yerə komfort və ürək rahatlığı ilə yollana bilərsiniz.

X-Rejimi və Nəzarətli Enmə Sistemi

Yolları əminliklə fəth edin və yeni X-Rejim açarı ilə tamamilə yenilənmiş Forester-in əsl sürət potensialından həzz alın. Qar, çirkab, və ya çınqılla örtülü sürüşkən səthlər üçün [QAR/ÇİRKAB] rejimini, qalın qar, palçıq, və ya quru çirkab kimi təkərlərin ilişə biləcəyi nasaz yollar üçün [QAR/PALÇIQ] rejimini seçin.

Bununla yanaşı, Nəzarətli Enmə Sistemi hətta sürüşkən enişlərdə belə tənzimlənmiş və sabit sürəti saxlamağa kömək edir və avtomobili ürək rahatlığı ilə idarə etmənizə şərait yaradır.



*Avtomobilin təhlükəsiz və diqqətli şəkildə idarə edilməsinə həmişə sürücü məsuliyyət daşıyır. Nəzarətli Enmə Sisteminin effektivliyi nəqliyyata qulluq, hava, şin və yol şəraiti kimi bir çox amillərdən asılıdır.

Yerdən Maksimum Yüksəklik

Tamamilə yenilənmiş Forester yalnız SUV yüksəklik üçün deyil, eyni zamanda yanaşma, yola düşmə və toqquşma bucaqlarını nəzərə alaraq dizayn edilmişdir. Bunların hamısı sizin zərər görmədən və rahatlıqla maneələri keçməyiniz üçün uyğunlaşdırılmışdır.

*18 düymlük çarxlardan istifadə olunduğu halda.

SI-DRIVE

Subaru Intelligent Drive (SI-DRIVE) avtomobilinizi istənilən yerdə istədiyiniz kimi, istədiyiniz vaxt sürməyə imkan verir.

Tarazlaşdırılmış, rahat və ekologiyaya zərər verməyən performans üçün İntelligent rejimini, istənilən sürətdə sportiv və rahat idarəetməyə cavab verən, dönmə anının yüksəkliyi üçün Sport rejimini seçin.


© 2018 Subaru Azərbaycan. Bütün hüquqları qorunur