Forester

Hər şeyə hazır.


İndiyə kimi etmək istədiyiniz hər şeyi
bu avtomobillə edə biləcəksiniz.




Subaru Hərtərəfli Təhlükəsizlik.

Subaruda təhlükəsizlik birinci yerdədir. Buna görə də Subaru 50 ildən artıqdır ki, özünün qabaqcıl təhlükəsizlik funksiyalarını incə sazlayır və yenidən sınaqdan keçirir. Subaru Qlobal Platforma və Simmetrik AWD kimi toqquşmadan qorunma/qaçınma sistemləri və əsas texnologiyaları ilə Subaru Hərtərəfli Təhlükəsizliyi təkmilləşdirməklə “öncə insan” siyasətini davam etdirir və qəzasız gələcəyi təmin etməyə hədəflənir.


İlkin təhlükəsizlik

İlkin təhlükəsizlik hələ əsas dizayn mərhələsindən başlanır. Möhtəşəm görmə sahəsi, müvafiq sürüş mövqeyi və intuitiv nəzarət avtomobilə daxil olduğunuz andan etibarən sizin təhlükəsizliyinizi qorumağa kömək edir.

Visibility in all directions

Bütün istiqamətlərdə görüntü

Müvafiq sürüş mövqeyi, pəncərə hündürlüyü və ehmallı şəkildə yerləşdirilmiş dirəklər ətrafınızı asanlıqla müşahidə etməyə imkan yaradaraq, qaranlıq nöqtələri azaltmaq üçün bütün istiqamətlərdə mükəmməl görüntünü təmin edir.

Müdafiə

EyeSight kimi təkmilləşdirilmiş təhlükəsizlik texnologiyaları ilə Ehtiyat Təhlükəsizlik tədbirləri toqquşma baş verməzdən əvvəl təhlükədən yayınmağınıza kömək edir.

Subaru Arxa Avtomobil Detektoru

Zolaqları daha təhlükəsiz şəkildə dəyişdirmək üçün avtomobilin arxa künclərinə yerləşdirilmiş ötürücülər görünməyən yerlərdəki avtomobillərdən sizi xəbərdar edir. Bu detektor, çarpaz hərəkət zamanı küçəyə geriyə doğru daxil olduqda da potensial toqquşma təhlükəsi barədə xəbərdarlıq verir.

High Beam Assist(HBA)

High Beam Assist(HBA)- Uyğunlaşdırılan İşıqlandırma Sistemi.Yeni səhifədəki animated visual və bu yazılaq olsun: Sürmə şəraitindən asılı olaraq uzun işıqları avtomatik yandırıb-söndürməklə gecə sürərkən görmə qabiliyyətini və təhlükəsizliyi artırır.

Sükana qarşı Həssas Fənərlər

Bu fənərlər gecə vaxtı döngələri daha yaxşı görməyinizə kömək etmək və işıqları avtomobilin döndüyü istiqamətə yönləndirmək üçün sükanla sıx əlaqəli şəkildə işləyir.

Avtomatik Sükan Dəstəyi

Toqquşma Öncəsi Əyləc Yardımı kifayət etmədikdə, Avtomotik Sükan dəstəyi, qarşıdakı obyektlə toqquşmanın qarşısını almaq üçün kifayət qədər yerin olub-olmadığını, zolaq işarələrini aşkar etmək üçün stereo kamera və arxa radardan istifadə edir. Təhlükəsiz hesab edilərsə, avtomatik sükan dəstəyi ilə toqquşmanın qarşısını almağa kömək edir.

Reverse Automatic Braking (RAB)<sup>*2</sup>

Geriyə Hərəkət Zamanı Avtomatik Əyləc Sistemi

Bu sistem geriyə hərəkət zamanı avtomobilin arxasındakı maneələri müəyyənləşdirmək üçün arxa buferdəki dörd ötürücüdən istifadə edir. Əgər maneə müəyyən olunarsa, toqquşmanın qarşısını almaq, yaxud zərəri azaltmaq üçün sistem xəbərdarlıq siqnalı ilə sürücüyə xəbər verir və avtomatik olaraq əyləcləri işə salır.

Aktiv Təhlükəsizlik

Simmetrik Tam Ötürücü Sistem və SGP kimi texnologiyaların sayəsində Aktiv Təhlükəsizlik , idarə etmək, dönmək, əyləmək kimi əsas elementlərin tənzimlənməsinə dəqiq şəkildə nəzarət etməyinizə imkan yaradır.

Beləliklə, siz hər bir səyahətinizdən rahatlıqla həzz ala bilərsiniz.

Avtomobilin Fəaliyyətinə Nəzarət Sistemi + Dönmə Anının Aktiv İstiqamətləndirilməsi

Avtomobilin Fəaliyyətinə Nəzarət Sistemi avtomobilin düz istiqamətdə hərəkətinə kömək etmək üçün Tam Ötürücü Sistemi, mühərrikin gücü və hər bir çarxdakı əyləci tənzimləyir. Dönmə anını Aktiv İstiqamətləndirilməsi ilə isə əyləclərin fəaliyyəti həyata keçirilir. Lazım olduğunda qəfil dönüşlər edə bilməyinizə və daha dəqiq idarəetməyə kömək etmək üçün daxili çarxlara daha az, xarici çarxlara isə daha çox dönmə anı paylanılır.

Auto Vehicle Hold

Avtomobil tamamilə dayandıqda hətta əyləc pedalı buraxıldıqda belə Auto Vehicle Hold avtomobili yerində saxlayır və tez-tez dayanan tıxacda sürücünün yorğunluğunu azaldır.

Hazard Avoidance

Təhlükədən Yayınma

SGP və Simmetrik Tam Ötürücü Sistem sayəsində aşağı ağırlıq mərkəzi dizaynı, artırılmış saxlama sistemi və dözümlülük təkmilləşdirmələri qarşısını alma tədbirləri həyata keçirilərkən yoldakı təhlükələrdən yayınmaq üçün avtomobilin dərhal prosesə cavab verməsini təmin edir.

Passiv təhlükəsizlik

Passiv təhlükəsizlik salonu müdafiə edən mühərrik tərtibatı və SRS hava yastıqları kimi xüsusiyyətlərlə toqquşma zamanı təhlükəsizliyinizi qorumaq üçün hazırlanmışdır.

Ring-shaped Reinforcement Frame

Halqavari Möhkəmləndirici Çərçivə

Halqavari Möhkəmləndirici Çərçivə zərbəyə davamlı polad panellərdən daha yaxşı istifadə edir və bütün istiqamətlərdəki təsirlərdən daha səmərəli enerji əldə edilməsi üçün struktur cəhətdən yenidən dizayn edilmişdir.

Cabin-protecting Layout

Salon-Müdafiə Tərtibatı

Forester-in SGP dizaynında möhkəmləndirilmiş dirəkləri və çərçivəsi hər bir sərnişini qorumaq üçün bütün istiqamətlərdən gələn toqquşma təsirini aradan qaldırmaq məqsədilə birlikdə fəaliyyət göstərir. Öndən toqquşma vəziyyətində mühərrik və alətlər qutusu salonun içinə çırpılmaq əvəzinə avtomobilin altına sıxılacaq şəkildə dizayn edilmişdir.

Supplemental Restraint System (SRS)<sup>*</sup> Airbags

SRS Hava Yastıqları

Toqquşma zamanı bütün sərnişinləri yüksək səviyyəli təhlükəsizliklə təmin etmək üçün tamamilə yenilənmiş Forester standart ön, ön yan, pərdə və dizlik SRS hava yastıqlarına malikdir.

EyeSight

Subaru EyeSight Sürücüyə Yardım Texnologiyası

Subaru-nun müasir dəstək sistemi olan EyeSight, demək olar ki, insan gözü qədər mükəmməl şəkil tanıma imkanı ilə rəngli şəkilləri çəkmək üçün əlavə ikinci göz rolunu oynayan 2 ədəd stereo kameradan istifadə edir.

Avtomobil, motosiklet, velosiped və piyadalar kimi potensial təhlükə müəyyən etdikdə sürücünü xəbərdar edir və lazım gəlsə, əyləcləri işə salır. Bu cür təhlükəsizlik sistemi özünüzü daha rahat hiss etməyinizi təmin edir.

Adaptive Cruise Control

Adaptiv Sürət Saxlama Sistemi

Qarşıda avtomobil müəyyən edildikdə Adaptiv Sürət Saxlama Sistemi 0-180km/saat arası hərəkət edən nəqliyyatda sürətinizi tənzimləmək üçün davamlı şəkildə məsafə və sürət fərqinə nəzarət edərək, mühərrik, translyasiya və əyləcləri tənzimləyərək qarşıdakı avtomobillə aranızda məsafə təyin edir. Avtomagistral, magistral və bənzər yollarda istifadəsi nəzərdə tutulan bu sistem uzun səfərlərdə yorğunluğu azaltmaq və tıxaca uyğunlaşmaq üçün qarşıdakı avtomobili və onun əyləc lampalarını müəyyən edə bilir.

Zolaqların Mərkəzləşdirilməsinə Nəzarət və Öndə gedən Avtomobilə Uyğunlaşdırılan Sükan İdarəsi

Sükan çarxının işləməsinə kömək etmək və yolun mərkəzində qalmağa kömək etmək üçün zolaq işarələrini və qarşıdakı avtomobili tanıyaraq sürücünün yorğunluğunu və stressini azaldır.

Zolaqdan çıxmağın qarşısının alınması.

Zolaqda qalmağınıza kömək edərək uzun səfərləri stressiz edir. Zolaq işarələrini tanımaqla və sükan çarxının işləməsinə kömək etməklə, bu, avtomobilinizi zolaqda saxlamağa kömək edə bilər.

Sürücü Başlatma Xəbərdarlığı

Dayanmış vəziyyətdə olarkən nəqliyyat yenidən hərəkətə başlayarsa, Sürücü Başlatma Xəbərdarlığı səs signalı və yanıb sönən göstəricilərlə sürücüyə yenidən hərəkət etməsini xatırladır.

Pre-Collision Braking System<sup>*2</sup>

Toqquşma Öncəsi Əyləc Sistemi

Qarşıda bir nəqliyyat və ya başqa bir maneə ilə toqquşma təhlükəsi hiss etdikdə Toqquşma Öncəsi Əyləc Sistemi sürücünü signal və ya sürət panelindəki işıqla xəbərdar edir. Sürücü toqquşmanın qarşısını almaq üçün heç bir tədbir görmədiyi halda sistem zərbə təsirini azaltmaq, yaxud mümkün olan halda toqquşmanın qarşısını almaq üçün avtomatik olaraq əyləci işə salır. Əgər sürücü toqquşmadan yayınmaq üçün tədbir görərsə, bu zaman Toqquşma Öncəsi Əyləc Sistemi sürücüyə toqquşmanın qarşısını almaqda kömək edə bilir. Toqquşma Öncəsi Əyləc Sistemi, eyni zamanda, öndən potensial zərbə təyin edildikdə toqquşmadan yayınmaq üçün sürücülərə sərt dönüş etməkdə kömək edir.

Toqquşma Öncəsi Drossel İdarəsi

Eyesight qarşınızda bir əngəl olduğunu müəyyən edərsə və siz “Geri” əvəzinə “Sür” rejiminə keçsəniz Toqquşma Öncəsi Drossel İdarəsi bir neçə qısa signal verir, göstəricini yandırıb söndürür və qarşıdan toqquşmanın qarşısını almaq üçün mühərrikin fəaliyyətini dayandırır.