Outback

SUBARU BOXER Mühərriki

Outback-in sahib olduğu özünə əminliyi bəxş edən bir neçə maşın var, beləliklə bunun necə əldə edildiyinə təəccüblənməyəcəksiniz. SUBARU BOXER mühərrikinin üfüqi əks silindrli konfiqurasiyası digər mühərrik növləri ilə müqayisədə

daha aşağı və yastı görünüş üçün porşenləri 180 dərəcə məsafədə yerləşdirir. Bu, mühərrikə və ümumilikdə maşına daha aşağı ağırlıq mərkəzini və daha yaxşı tarazlıq hissini verir. Daha sonra porşenlərin əks hərəkətləri bir birinə qarşı işləyir və təbii olaraq vibrasiyanı azaltmağa kömək edir.

Yüksək Sabitlik

Mühərrik bloku daha yastı profilə sahib olduğuna və şassidən aşağıda yerləşdiyinə görə, maşın ümumilikdə daha sabit tarazlaşdırılmışdır və digər dizaynlarla müqayisədə bir tərəfdən digər tərəfə hərəkətə dayanıqlıdır.

Uzun-müddətli xidmət

Mühərrikin yastı dizaynı olduqca möhkəmdir və özünü tarazlaşdırır, davamlılıq və etibarlı xidmət üçün eyni sinfin cərgəsinə aid V-tipli və ya 4 silindrli mühərriklə müqayisədə daha az vibrasiya yaradır.

Simmetrik Tam ötürücülü təkərlər

Tam yeni Outback-də nəzarət əminlik verir və sabitlik həyəcanlandırıcı cəldlik yaradır. Subaru maşınları unikal tarazlaşdırılmış SUBARU BOXER mühərriki ilə birlikdə Simmetrik tam ötürücülü təkərlər sayəsində sükan arxasında ruhlandırıcı əminlik bəxş edir. Bütün yollarda və pis şəraitlərdə hər zaman gücləndirilmiş nəzarət üçün bu sistem təkərlərin dördünü də işlədir.

Uzununa uyğunlaşdırılmış əsas komponentlər sayəsində bu maşın mükəmməl köndələn tarazlığa və idarəetmə dəqiqliyinə malikdir, aşağı ağırlıq mərkəzi isə xüsusilə cəlbedici və həssas idarəetmə hissini yaradır. Simmetrik AWD-nin (tam ötürücülü təkərlər) unikal üstünlükləri müstəsna məmnunedici idarəetməni təmin edir və sizə təhlükədən asanlıqla uzaq durmağa kömək edir.

Lineartronic

Lineartronic

SUBARU BOXER mühərrikinizdən və Simmetrik AWD-dən daha çox faydalanmanız üçün nəzərdə tutulmuş səmərəli Mərhələsiz Dəyişən Lineartronic Transmissiya yeni Outback-ə 2.5-litrlikmodellərində 7.7lit./100km sürətdə mühərriki ideal enerji diapazonunda saxlayır və sinfinin yanacağa qənaətli aparıcı maşın statusunu vermək imkanını verir. Yeni keçid tənzimləyiciləri həm 2.5-litrlik, həm də 3.6-litrlik mühərriklərdə sürüşü yüngül, hamar və həssas edir, 3.6R-L-da isə Lineartronic daha hamar və sakit sürüş üçün daha az mexaniki səslə daha yüksək fırlanma gücünü idarə edir. Keçid tənzimləyicilərinin yeni mərhələli hamar tənzimləyiciləri var. Bu tənzimləyicilər maşının sürətinə və mühərrikin sürətinə uyğunlaşır və maşınla sürücü arasında güclü və rahat əlaqəni yaratmaq üçün sürətlənmə zamanı sürücüyə keçid məqamlarını hiss etməyə imkan verir.

Sükanaltı Keçirici Düymələr

Sükanaltı Keçirici Düymələr sürəti sükanın altına quraşdırılmış düymələrə basmaqla keçirmək üçün nəzərdə tutulub. Bu düymələr sizə olduğunuz şəraitə uyğunlaşmaq üçün Lineartronic-in ötürmə sayını seçmək imkanını verir. Zəruri hallarda cəld reaksiya vermək üçün həmçinin altı mərhələli mexaniki rejimli Benzin modelləri və yeddi-sürətli mexaniki rejimli Dizel modelləri də təqdim edilir. Nəticədə daha kəskin və idman üslublu idarəetmə imkanı təmin edilir.

X-Mode

X-Metodu bir düyməni basmaqla avtomobilinizə daha etibarlı şəkildə nəzarət etməyinizi təmin edir. X-Metodu texnologiyası çətin yol şəraitlərində və dəyişkən ərazilərdə etibarlı şəkildə səyahət etməyiniz üçün mühərrik, transmissiya,

Simmetrik tam ötürücü sistem, əyləclər və digər komponentlərin idarəsini öz əlinə alır. Outback-in eniş hərəkəti zamanı X-Metodu aktivləşdirildikdə Eniş Nəzarəti avtomatik olaraq sabit sürətin orunmasına kömək edir.

SI-DRIVE

Sürmə üslubunuza uyğun olaraq SUBARU-nun ağıllı idarə etmə sistemi (SI-DRIVE) demək olar ki, istənilən vəziyyətdə güc və hərəkətliliyi dərhal təmin etmək üçün böyük dövrələrə və sürətlərə tezliklə keçmək qabiliyyətini uyğunlaşdıra bilir.

Sport Mode

Sport Rejimi

Yüksək həssaslığa malik rejim dərhal sürətlənmək qabiliyyəti ilə bütün ətraf şəraitlərə çox yaxşı uyğunlaşır. Bu rejim həm traslarda yüksək sürətdə, həm də dolanbac yollarda maşın sürməni bir əyləncəyə çevirir.

Intelligent Mode

Ağıllı Rejim

Mülayim enerji təminatını təklif edən bu rejim şəhərdə yerli küçələrdə uzun məsafələri qət etmək və ya yüksək yanacaq qənaəti üçün idealdır. Bu rejim yağışda və ya qarlı yollarda çevik idarəetməni təmin edir.


© 2018 Subaru Azərbaycan. Bütün hüquqları qorunur