Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az



        XƏBƏRLƏR

         

        2018 SUBARU avtomobil idman fəaliyyətləri

        13.02.2018   

        Tokio, 9 fevral, 2018-ci il - Subaru Korporasiyası və onun avtomobil idmanı üzrə törəmə şirkəti Subaru Tecnica International Inc. (STI; Prezident Yoşio Hirakava; Mitaka, Tokioda yerləşir.) 2018-ci il üzrə Subaru avtomobil idmanı fəaliyyətləri haqqında ümumi məlumat verdilər.

         

        SUPER GT Seriyaları
        özünün “Subaru BRZ GT300” yarış avtomobili ilə Subaru bu il yenidən SUPER GT Seriyalarının GT300 sinfində rəqabət aparacaq. SUPER GT seriyaları əksəriyyət tərəfindən Yaponiyada ən yüksək avtomobil idman kateqoriyası kimi qəbul edilir.
        Komandanın baş meneceri STI-dən Makoto şibuya olacaq, komanda işləri isə “R&D Sport” (Prezident şinji Motojima; Hiratsuka, Kanagavada yerləşir) tərəfindən idarə ediləcək. əvvəlki illərdə olduğu kimi, komandanın sürücüləri Takuto ?quçi və Hideki Yamauçi olacaqlar.
        2018-ci il yarış avtomobilində Subaru əks silindrlərdə artırılmış termal effektivlik, təkmilləşdirilmiş aerodinamika, əyləclərin artırılmış termal qabiliyyəti və daha yaxşı asqı göstəriciləri də daxil olmaqla təkmilləşdirmələr aparılmışdır. Bu təkmilləşdirmələrlə, Subaru uzun zamandır hədəflənən çempionluq seriyasını qazanmağa can atır.

         

        Nürburgring 24-saat yarışı
        46-cı Nürburgring 24-saat yarışı 10-13 may tarixlərində Almaniyada baş tutacaq və ardıcıl olaraq on birinci il Subaru bu yarışda Subaru WRX STI ilə rəqabət aparacaqdır. Subaru SP3T sinfi (2 litrli turbokompressorlu avtomobillər üzrə) üzrə dörd dəfə qalib gəlmişdir-2011, 2012, 2015, və 2016-cı illərdə-və bu il beşinci sinfi əldə etməyi hədəfləyir.
        Hideharu Tatsumi komandanın rəhbəri olacaq və Yaponiyada Subaru dilerləri tərəfindən seçilmiş xidmət personalı isə yarışda komanda heyətinin tərkib hissəsi kimi STI üzvləri ilə birgə iştirak edəcəklər. Subaru SUPER GT sürücüsü Takuto ?quçi (Yaponiya) ilə yanaşı Karlo van Dam (Niderland), Tim şrik (Almaniya) və Hideki Yamauçi (Yaponiya) da bir daha komandada yer alacaqlar.
        2018-ci il yarış avtomobili özünün təkmilləşdirilmiş mühərrik gücü xüsusiyyətləri, optimallaşdırılmış ötürmə əmsalı və daha böyük diametrli əyləc diski ilə etibarlılığını artırmışdır. Subaru ötən il podiumu əldən vermiş avtomobildən fərqli olaraq daha da təkmilləşdirilmiş avtomobillə bu ilki yarışın qalibi olmağı hədəfləyir.

         

        SUBARU BRZ birsinifli yarış iştirkaçılarına dəstək
        STI GAZOO yarışı 86/BRZ birdəfəlik yarışın hər mərhələsi üçün özünün texniki xidmət qrupun səfərbər edərək Subaru BRZ sürən iştirakçılara texniki dəstəyi təmin edəcəkdir.

        2018-ci il STI-nin 30 illiyi qeyd edilir. ənənəvi Subaru modellərinə əsasən tam tənzimlənmiş avtomobilin təkmilləşdirilməsinə və yarış meydanında saysız çətinliklərə yönəlmiş səylərlə STI daha çox insanın simasında təbəssüm yaradacaq güclü iştirakı olan şirkət olmağı qarşısına hədəf qoymuşdur.




        Geri