Subaru Avtomobil Mərkəzi Subaru Avtomobil : Yeni Forester - Subaru XV - Yeni Legacy - Yeni Outback - BRZ : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994124300033 + 105 (Servis), Tel:+994123490100 + 130 (Ehtiyat hissələri), Tel:+994123490100 + 1 (Avtomobil satışı), Fax:+994123490060, E-mail: info(at)subaru.az


        Texnologiya

        Yeni horizontal-oppozit SUBARU BOXER mühərriki

        SUBARU BOXER horizontal-oppozit mühərriki yeni nəsil SUBARU BRZ ilə yanacağa qənaətdə və hisslərin kəskinliyində yeni zirvələr fəth etməyə kömək olur. 2,0 litrlik mühərriki nisbətən aşağıda yerləşdirərək onu daha kompakt edib sürücüyə yaxınlaşdırmışıq. Mühərrik sinfinin birbaşa və bölünmüş yanacaq püskürtməsini özündə birləşdirən texnologiyalara malik ilk nümayəndəsidir. Bu isə həm mühərrikin akseleratorun pedalına reaksiyasını, həm də yanacaq sərfinin göstəricilərini yaxşılaşdırır. Mühərrikin üstünlükləri sizə yeni duyğular dünyasını açacaq.

        2.0-litre DOHC SUBARU BOXER

        MAX OUTPUT: 147 kW (200 PS) / 7,000 rpm
        MAX TORQUE: 205 Nm (20.9 kgfm) / 6,400 – 6,600 rpm

        FUEL CONSUMPTION (*1):
        SUBARU BRZ Premium: 7.8 lit. / 100 km (6MT), 7.1 lit. / 100 km (6AT)
        SUBARU BRZ: 6.9 lit. / 100 km (6MT), 6.9 lit. / 100 km (6AT)

        CO2 EMISSIONS (*1):
        SUBARU BRZ Premium: 181 g/km (6MT) , 164 g/km (6AT)
        SUBARU BRZ: 159 g/km (6MT) , 159 g/km (6AT)

        Güc

        200 at gücünə malik mühərrik sərt döngələr üçün yaradılıb. Geri çəkilmiş qırmızı zona, fırlanma anının üfüqi xarakteristikası və hər litrə 100 at gücü ilə bu mühərrikin həmişə istənilən döngənin öhdəsindən gələcəyinə əmin olmaq mümkündür. Onunla ətraf mühitə daha az təsir göstərərək daha çox xoş anlar yaşayacaqsınız.

        Aşağı ağırlıq mərkəzi

        Subaru BRZ-nin ağırlıq mərkəzi mümkün qədər aşağı olsun deyə, maksimum güc sərf etmişik. Belə ki, bu idarəetmənin həyəcanverici imkanlarını aşkarlayır. Yastı horizontal-oppozit mühərrikdən qapaq cizgisinə və oturacaqların vəziyyətinə qədər hər element Subaru BRZ-yə ən aşağı ağırlıq mərkəzlərindən birinə sahib olmağa izn verir.

        İdman avtomobilinin şassisi

        SUBARU BOXER mühərrikinin simmetrik tərtibatı kardan valı ilə eyni xətdə ideal yerləşdirərək möhtəşəm dayanıqlılıq və dinamik manevrliyə nail olmağa imkan verir. Arxaötürücülü tərtibat isə mühərriki maksimum arxaya yerləşdirməyə imkan verib. Bu döngələrin keçilməsinə dəqiq nəzarətə şərait yaradır. Bu dinamik platformanı yaxşılaşdırılmış reaksiyaya malik yenidən işlənmiş sükan idarəetmə sistemi ilə birləşdirmişik. Bu isə sizin əmrlərinizə heyranedici dəqiqlik və operativliklə reaksiya verməyə imkan verir. .

         

         

        Manevr zamanı Subaru BRZ-nin hər detalı canlanır. Hər dəfə döngəyə daxil olarkən ideal idarə olunma ilə bağlı təsəvvürlərimizi hiss edəcəksiniz. Bu təcrübə sizi tamamilə yeni idarəetmə tərzi haqqında düşünməyə vadar edəcək.

        Yüngül kuzov

        Konstruksiyanın sadəliyi və yüksəkdayanıqlı poladın istifadəsi kuzovu daha sərt bə dözümlü edərək çəkini yüngülləşdirməyə imkan verir. Bundan başqa avtomobilin çəkisinin azaldılmasına istifadə olunan alüminium kapot sayəsində nail olunur. Bu isə ağırlıq mərkəzinin daha aşağı köçürülməsinə şərait yaradır.

        Səmərəli asqı

        Tamamilə sərbəst asqı Subaru BRZ-yə yüksək manevrliklə yanaşı, yolla əla ilişməni də təmin edir. MacPherson tipli ön dayaqlar sərtliyi və birbaşa idarə hissini maksimum gücləndirir, həmçinin SUBARU BOXER mühərrikini şassidə daha aşağı yerləşdirməyə imkan verir. İkili A-şəkilli qola malik arxa asqı komfort və avtomobilə nəzarət itkisi olmadan yoldakı nahamarlıqların səbəb olduğu vibrasiyaları boğur.

        Həssas transmissiya

        6-pilləli mexaniki transmissiya Sizə ötürücü qolunun qısa və dəqiq hərəkətləri sayəsində idarəetmədən zövq almağa imkan verir.

        Özünü təcrid edən Torsen LSD differensialı

        Döngələri keçərkən nümayiş etdirdiyi heyrətamiz dəqiqlik Subaru BRZ-ini fərqləndirir. "Yüklənmiş" WRX STI-a quraşdırılana bənzəyən mükəmməlləşdirilmiş özünü təcrid edən Torsen differensialı sizə sərt döngələrə dəqiq daxil olmağa imkan verəcək. Bununla yanaşı komfortu və istənilən yol şəraitində avtomobil üzərində idarəetməni təmin edir.