Xəbərlər

Subaru-dan xüsusi servis kampaniyası

Subaru-dan xüsusi servis kampaniyası


13 Fevral 2019

Subaru avtomobillərinin rəsmi distribütoru olan Subaru Azərbaycan xüsusi servis kampaniyasına start verdi.
Belə ki, servis kampaniyası çərçivəsində bəzi ehtiyat hissələri distribütor tərəfindən pulsuz olaraq dəyişdiriləcək.
Servis kampaniyasına əsasən Azərbaycan Respublikasında rəsmi Subaru distribütoru tərəfindən satılan bəzi avtomobillər daxildir.
Aşağıda kampaniyaya daxil olacaq avtomobillərin illərə görə siyahısı təqdim olunur.

Model:    Model ili:

Legacy  2004 – 2009
Legacy  2010 – 2014
Forester 2009 – 2010
Forester 2013 – 2014
Impreza 2008 - 2010
Tribeca 2006 – 2014

Avtomobiliniz servis kampaniyasına daxil olub olmadığını yoxlamaq üçün aşağıdakıları edə bilərsiniz:

• Subaru Azərbaycan servis mərkəzinə müraciət edin (avtomobilin VİN nömrəsini qeyd etməlisiniz).
• E-mail vasitəsi ilə recall1@groupmotors.az ünvanına müraciət edin (avtomobilin VİN nömrəsini yazmalısınız).
• Saytda yerləşən faylı yükləyib avtomobilinizin VİN nömrəsini siyahıda olub olmamasını yoxlayın.
Faylı buradan yükləyə bilərsiniz

Qeyd olunan kampaniyaya aid təmir işləri tamamilə pulsuz edilir.
Daha ətraflı məlumat üçün Subaru Azərbaycan servis mərkəzinə müraciət edə bilərsiniz:
Subaru Avtomobil Mərkəzi
Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km.
Tel.: (012) 430 00 33




© 2018 Subaru Azərbaycan. Bütün hüquqları qorunur