Mühəndislərdən
Əyləclər

Rahatlıq üçün yeni avtomobillərlə eyni performans
Keyfiyyət və etibarlılıq istənilən avtomobildən tələb olunan vacib amillərdən biridir və bu təkcə əyləclərə aid deyil. SUBARU bunlarla yanaşı rahatlıq və idarəetmə zövqünü də təmin etməyə can atır. Məsələn, disk rotorları və əyləc yastıqları hazırlanarkən performansın istənilən səviyyəsi əldə edildikdən sonra müvafiq əyləc yastıqları və disk rotorları bir-birinə uyğunlaşsın deyə mükəmməl şəkildə dizayn edilir. Hər şeydən əvvəl əyləc performansının əsas amili əyləcləmə anında pedallardan çıxan heç bir səsin və ya vibrasiyanın olmaması şərti ilə lazımi qaydada dayana bilməkdir. Müştərilərimizə maksimal arxayınlıq vermək üçün biz standartlarımızı hədsiz yüksəyə daşıyırıq.

Əsas ümumi balansdır
Avtomobillər müxtəlif hissələrin kombinasiyasından hazırlanır. Lakin iş sadəcə bu hissələri birləşdirməklə tamamlanmır. Avtomobilin tənzimlənməsinə həmişə tələbat var. Əyləc sistemi hazırlanarkən əyləc yastıqları ilə yanaşı diqqət yetirilməli o qədər məqam var ki - disk rotorlarının, bəndlərin, asqının və bir-birini tamamlamaq üçün birləşdirilmiş digər komponentlərin xarakteristikaları; yalnız bundan sonra əldə olunan məhsul tamamlanmış avtomobil hesab oluna bilər. Orijinal ehtiyat hissələrinin ən böyük üstünlüyü quraşdırılarkən ümumi balansı dəstəkləmək üçün dizayn edilməsidir - biz inanırıq ki, bu, SUBARU orijinal ehtiyat hissələrinin istifadə olunmasının əsas nöqtəsidir.

SUBARU orijinal əyləc yastıqları üçün sürtünmə materiallarının iki növü
Sərnişin avtomobillərində istifadə olunan sürtünmə materiallarını iki növə ayırmaq olar. Birinci material adi avtomobillər üçün, ikinci isə xüsusilə sport modelləri üçün hazırlanır. Hətta dünyadakı digər avtomobil istehsalçıları da bu iki növdə əyləc yastıqları hazırlayır. Təbii ki, onlar hər bir modelin müxtəlif ölçülü disk rotorlarının, bəndlərinin, əyləc yastıqlarının və ya gücləndiricilərinin xüsusiyyətlərinə uyğun dəyişkən spesifikasiyalarda hazırlanır. Bu iki növ sürtünmə materialı arasındakı əsas fərq elə materialın özündədir. Bir növdə azbestsiz orqanik materialdan (NAO material) istifadə olunur, o, əla keyfiyyət və sürtülmə xüsusiyyətləri təklif edir; digər növdə isə xam polad materialından istifadə olunur, o, daha yaxşı əyləcləmə və yüksək temperatur performansı təklif edir. SUBARU avtomobillərini gündəlik istifadə edənləri hamar idarəetmə təcrübəsi ilə təmin etmək üçün səs və sürtülmə xarakteristikalarını nəzərdən keçirərək optimal materialı seçir. İdman avtomobillərində idarəetməni daha həyəcanverici etmək üçün əyləc yastıqları əyləcləmə gücü və müqavimət performansı əsas götürülərək seçilir.

Əyləc yastıqlarından qoruyucu plyonka
Çoxları düşünür ki, əyləc yastıqları qətranla digər materialların birlikdə qatılaşdırılmasından alınır və onlar disk rotorlarına qarşı sürtünmədən əyləcləmə gücünü əldə edir. Əslində proses bir qədər fərqlidir. Belə fikir var ki, əyləc yastıqlarının və polad disk rotorlarının səthləri bir-birini döyəcləyərək sürtünmə qüvvəsini yaradır, lakin əslində disk rotorlarının səthi sonradan sürtünmə qüvvəsini yaratmaq üçün sürüşən qoruyucu plyonka ilə örtülür. Bu plyonka kifayət qədər çətinliklə formalaşır, xüsusilə azbestsiz materiallardan hazırlanan əyləc yastıqları ilə. Qətran istiliyə davamlı deyil və yüksək temperaturda sına bilər, bu isə plyonkanın soyulması ilə nəticələnir. Əyləc yastıqları təmiz səth yaratmaq üçün disk rotorları ilə lazımi qaydada uyğunlaşmalıdır. Disk rotorlarının əyləc yastıqları ilə təmas edən ümumi sahəsi təxminən açıqca böyüklüyündədir və 2 tonluq obyektin kinetik enerjisini sadəcə açıqca böyüklüyündə olan əyləc yastıqları vasitəsilə istiliyə çevirməyin ən yaxşı yolu hər şeyin lazımi qaydada uyğun gəldiyidən əmin olmaqdır: bu, sürtünmə səthini formalaşdıran mexanizmə, sürtünmə səthinin ölçüsünə və əyləc yastıqlarının və disk rotorlarının materialına aiddir. Yalnız bu zaman ideal plyonka və əyləcləmə gücü yaradıla bilər.

Sərt əyləc testi şərtlərini təkrarlamaq
Real avtomobillərin hazırlanması mərhələsində keçirilən sürüş sınaqları ilə yanaşı, ayrı-ayrı əyləclərin xarakteristikalarını qiymətləndirmək üçün real əyləc sistemi test stendi adlanan sınaq platformasına bərkidilir. Sürtünmə əmsalı adətən əyləclərlə assosiasiya olunan ifadədir, lakin sürtünmə əmsalı və ya sürtünmə xarakteristikalarının avtomobilin sürəti və ya yüklənməsi ilə necə əlaqəsi ola bilər? İstiliyin tətbiq edilməsi ilə əyləcləmənin zəifləməsini təyin edən stend testi mühəndislərə sürtünmə əmsalının tərtib edilən ölçülər daxilində olub-olmadığını yoxlamağa imkan verir. Uzumüddətli sınaqlar tam yeni disk rotorları və əyləc yastıqları, həmçinin, təmiz sürtünmə səthi ilə yeni avtomobillə eyni şəraitdə başlayır, daha sonra müxtəlif şəraitlərdə davam edir. Stend testləri əyləclərin təkmilləşdirilməsinə imkan yaradır, belə ki, biz onları ən müxtəlif potensial sürüş şəraitlərində yoxlaya bilirik - yağışda, uzun maili enişlərdə, hətta vaxtında çatmaq üçün sürətli idarəetmə zamanı.

Əyləc səsi şassi dinamometri
Bütöv avtomobilin istifadəsi ilə keçirilən sınaqlar CDM (şassi dinamometri) testi adlanır. SUBARU əyləc səslərini yoxlamaq üçün real avtomobillərin CDM-də avtomatik idarə edildiyi "Əyləc səsi CDM (şassi dinamometri)" testini keçirir. Adətən əyləclərin aşağı temperaturda və ya yüksək rütubətdə daha çox səs çıxardığı məlumdur. Mühəndislər müştərinin qarşılaşa biləcəyi şəraitləri təkrarlaya bilərlər: məsələn, yüksək temperatur, həmçinin, -10°C-yə çatan aşağı temperatur, 80%-lik rütubət kimi. Digər bir amil sürücünün real idarəetmə zamanı əyləc pedalına necə basdığını nəzərdən keçirməklə bağlıdır və tıxacda aşağı sürət, yaxud 130 km/saata çatan yüksək sürət və hətta 0.1 m/s2-ə çatan yavaşlama şəraitini təkrarlayan testlər keçirilir. Adətən bir test 24 saat ərzində dayanmadan sürüş şəraitində, iki həftə ərzində keçirilir və quraşdırılmış mikrofon sonrakı təhlillər üçün bütün səsləri qeydə alır. Əgər əyləclərdən çıxan səsin növü identifikasiya edilirsə, biz də səbəbi təyin edə bilərik. Necə ki, mühəndislər səsin arxasındakı mexanizmi anlaya bilirlər. Çatışmazlıqlar səsin təyin olunması ilə aradan qaldırıla bilər.

Görünməz düzgünlük və pası təmizləyən əyləc yastıqları
Disk rotorları adi dəmir parçası kimi görünəndə onların düzgünlüyü böyük əhəmiyyət daşıyır. Hətta səthdəki ən xırda nahamarlıq və ya qalınlıqdakı uyğunsuzluq əyləcləmə zamanı vibrasiyaların yaranması ilə nəticələnə bilər. Disk rotorlarının səthi mükəmməl görünsə belə. Kütləvi istehsal olunan disk rotorları mikron səviyyəsində düzgünlüklə hazırlanır, lakin real istifadə, yağış, külək və ya qar əriməsi zamanı disk rotorunun səthində pas yarana bilər. Bu halda pas digər defektlərlə yanaşı, vibrasiyaların yaranmasına və ya əyləc yastıqlarının vaxtından tez korlanmasına səbəb ola bilər. Buna görə SUBARU əyləc yastıqları pası siləcək və disk rotorlarını təmiz saxlayacaq formada hazırlanıb. Bu keyfiyyət məhsuldan tələb olunan bütün şərtlərdə yüksək performans səviyyəsini dəstəkləmək üçün hər bir hissənin hazırlanmasında tətbiq olunan sərt standartlardan irəli gəlir.

SUBARU-nun sərt standartları

Buna misal olaraq disk rotorlarının necə təmizləndiyini yoxlayan və qəsdən nahamar səthlər yaradan "pas silmə" testini göstərmək olar. Təchizatçılarımız tez-tez tələblərimizin çox sərt olduğunu bildirirlər. Hazırlıq prosesi adətən təchizatçıların əllərində olan ən yaxşı əyləc yastığı nümunələrini bizə təqdim etməsi ilə başlayır, lakin bu proses heç də həmişə problemsiz keçmir. Çünki bu əyləc yastıqlarının bir qədər də təkmilləşməyə ehtiyacı olur. Səbəb isə odur ki, təchizatçıların təqdim etdiyi əyləc yastıqları sadəcə bizim spesifikasiyalara uyğun gəlmir və bizim performans üçün düzgün balansa ehtiyacımız var. Təchizatçılar xüsusilə bizim anormal səs, vibrasiyalar və əyləcləmə performansı sahələrindəki keyfiyyət tələblərimizin sərtliyindən danışırlar. Təchizatçılar ən yaxşı nümunələrini təqdim etdiklərindən əmin olsalar da, onlar sadəcə SUBARU spesifikasiyaları altındakı keyfiyyət sınaqlarımızdan keçmirlər. Digər bir misal da göstərək. Məsələn, biz müqavimət performansını təkmilləşdirmək ehtiyacı duyanda tələb olunan spesifikasiyaları necə dəyişdirəcəyimizi bilirik. Belə ki, bizim illərə əsaslanan nəhəng test kodları bazamız var. Bu məlumatlar nəticəsində bu gün avtomobillərimiz müstəsna performans səviyyəsi nümayiş etdirir və buna görə təchizatçılarımız tələblərimizin və standartlarımızın çox sərt olduğunu deyir. Əgər təchizatçı SUBARU-ya artıq mövcud olan əyləc yastığı materialını təklif edirsə, bu, kifayət qədər yaxşı deyil. Biz bu cür sərt tələblərimizi dəstəkləməyə davam edirik və nəticədə SUBARU əyləcləri hazırda müstəsna keyfiyyəti ilə seçilir.


Həyəcanverici sport modelləri üçün əyləclər
Zövq verən və eyni zamanda çətin. Əyləcləmə performansı və pedal həssaslığı idman sinfinin modelləri üçün əsas amillərdən biridir və onlar istifadə olunan əyləc sistemi ilə təyin olunur. Brembo bəndləri yapon istehsalçılarının təklif etdiyi həssaslıqdan bir qədər fərqli pedal həssaslığına malikdir. Ümumi hissiyyat real əyləc sistemindən və hətta əyləc yastığında istifadə olunan materialdan asılıdır. Adi modellərdə istifadə olunan əyləc sistemini idman sinfinin modelləri üçün uyğunlaşdırmaq qeyri-mümkündür, həmçinin, bütün göstəricilərə cavab verən sistemi seçmək də olmur. Odur ki, biz hər avtomobil növünə uyğun gələn performans sistemini seçməliyik. Biz əla əyləcləmə performansı ilə müqavimət performansı arasındakı kompromisin yaranan səs və toz səviyəsinə uyğun balanslaşıb-balanslaşmadığını təyin etməliyik. Biz müştəriləri təmin etdiyimiz performans səviyyəsini müəyyənləşdiririk, lakin ən böyük çətinlik tələb olunan performansı ən yüksək səviyyəyə çatdırma balansını aydınlaşdırmaqdır. Əyləc sürtünməsi əmsalının artırılması əyləc performansını və pedal həssaslığını təkmilləşdirir, lakin öz növbəsində digər sahələrdə keyfiyyətə də təsir edir. Əyləc yastıqlarına tələbatda ideal balans əldə oluna bilər, lakin bəndlər və disk rotorları da mühüm rol oynayır. Bütün bunlar orijinal ehtiyat hissələri yaratmağın verdiyi zövqün bir parçasıdır.


Ətraf mühiti nəzərə alaraq fundamental inkişafı davam etdirmək
Əyləc yastığı materialının hazırlanması zamanı fundamental inkişaf mühüm məsələdir. Məhz buna görə əyləc yastığı materialları da avtomobillər kimi həmişə tam tənzimlənməlidir. Əyləc yastıqlarının sürtünmə materialı çox saylı maddələrin qarışığından formalaşır və gələcəkdə onların ətraf mühitə təsirini nəzərə alaraq bu maddələrə məhdudiyyətlər tətbiq edilə bilər. Ən yayılmış misal olaraq azbesti göstərmək olar. 2014-cü ildə daha bir maddə də məhdudlaşdırıldı, lakin SUBARU bu məhdudiyyətə 10 il əvvəldən hazırlaşırdı. İnkişafın əsasında ətraf mühitlə mümkün qədər dost olmaq konsepsiyası dayanır, odur ki, biz bu cür maddələrdən azad olunmuş əyləc yastıqları hazırlayırıq. İnkişafın növbəti mərhələsi kimi biz hazırda 2020-2025-ci illər ərzində istifadə olunacaq yeni əyləc yastığı materialı üzərində işləyirik. SUBARU-nun yanaşması ətraf mühitə minimal təsir göstərən maddələrin mənimsənilməsindən ibarətdir.

SUBARU EyeSight orijinal əyləc yastıqlarına əsaslanır
Biz daha bir səbəbdən orijinal əyləc yastıqlarından istifadəni məsləhət görürük. Bütün modellər standart olaraq VDC və digər bənzər stabilliyə nəzarət sistemləri ilə təchiz olunub. VDC və ABS avtomobilin hərəkətinə nəzarət etməyə kömək edir və orijinal əyləc yastıqlarına uyğunlaşacaq şəkildə dizayn edilib. Orijinal olmayan əyləc yastıqları fərqli sürtünmə əmsallarına və əyləcləmə xarakteristikalarına səbəb ola bilər və VDC və ABS-nin ən yaxşı performans səviyyəsini nümayiş etdirməsinin qarşısını ala bilər. Eyni şey vəziyyətə nəzarət üçün stereo kameralardan istifadə edərək əyləc gücünü idarə edən SUBARU EyeSight-a da aiddir. EyeSight və digər elektronik nəzarət qurğuları sürücünü gözlənilməz və qəfil təhlükələrdən qorumaq üçün müxtəlif yardım səviyyələri ilə təmin edir. SUBARU-nun təhlükəsizlik konsepsiyasını tam maksimallaşdırmaq üçün biz təkmilləşdirmə prosesi vasitəsilə aydınlaşdırdıq ki, SUBARU orijinal əyləc yastıqlarının istifadəsi şübhəsiz ən yaxşı yanaşmadır.