SUBARU XV

Macəralarınızın arxasınca gedin.

Şəhərli macərapərəst.

SUBARU BOKSER mühərriki

Subaru Bokser mühərriki və ya horizontal-oppozit mühərrik, porşenlərinin bir-birinə qarşı üfüqi istiqamətdə hərəkət etdiyi mühərrik konfiqurasiyasıdır.

Subaru 50 ildən çoxdur ki, nəqliyyat vasitələrində digər mühərrik növlərinə nəzərən davamlılığı və etibarlı istismar göstəricilərini təmin edən üstünlüyünə görə SUBARU BOKSER mühərrikinə sadiq qalır.

Yüksək sabitlik

Alçaq ağırlıq mərkəzi və müstəvi səthli dizayn ona digər mühərrik növlərindən daha yaxşı yandan yana sabitlik təmin edir.

Uzunmüddətli istismar

Mühərrikin müstəvi səthli dizaynı öz-özlüyündə möhkəmdir və özünü tarazlayır, digər mühərrik növlərinə nisbətən daha az vibrasiya verir.

Simmetrik “AWD” mexanizmi (bütün çarxları aparan sürmə)

Subaru-nun “AWD” mexanizmi nəm və sürüşkən yollarda daha yaxşı çəkmək üçün gücü bütün çarxlara paylaşdırır.

Üfüqi simmetrik müstəvidə yerləşən bu sistem daha sabit və təhlükəsiz səyahət üçün yaxşı balanslaşdırılmış ağırlıq mərkəzi dizaynına malikdir.

Lineartronic + Aktiv burucu moment bölgüsü AWD

Lineartronic səlis və pilləsiz ötürmə dəyişməsi üçün öz diapozonu daxilində istənilən nisbətdə tənzimlənir ki, bu da mühərriki effektiv və səlis sürətlənmə, sürmə göstəriciləri və daha yaxşı yanacaq səmərəliliyi mühərriki özünün ən yaxşı aralığında saxlayır.

Bu, Subarunun aktiv burucu momenti AWD sistemi ilə birgə şəkildə gəlir. Onun ilkin 60% ön və 40% arxa burucu momenti real çəkmə şərtləri altında 50/50 nisbətinə qədər tənzimlənir.

Subaru Qlobal Platforması (SQP)

Subaru Qlobal Platforması (SQP)yeni nəsil Subaru nəqliyyat vasitələrini dəstəkləyəcək təməl platformadır. Hərtərəfli təhlükəsizlik və və iş qabiliyyətini təkmilləşdirməklə o, daha yaxşı iş göstəricisi çərçivəsindən çıxaraq sizə yalnız Subaru-da hiss edə biləcəyiniz sürmə hissi bəxş edir.

Bu Subaru-nun gələcəyidir – və bütün sürücü və şərnişinlərə daha çox həzz və rahatlıq təmin edir.

1. Sürmək daha əyləncəlidir

Daha həssas idarəetmə sürücüyə avtomobili təyinatı üzrə idarə etməyə imkan verir, eləcə də təhlükənin qarşısını daha çox alır. Nəticədə bu, hətta daha uzun səyahətlər zamanı sürülməsi daha təhlükəsiz və əyləncəli olan bir avtomobildir. Hətta özünün universal yüksək işıq məsafəsi ilə belə yeni SUBARU XV minik avtomobili olaraq öndədir.

2. Sürmə rahatlığı

Şassidə möhkəmliyin, asqının və stabilizatorların təkmilləşdirilməsi yolda zərbələri amortizasiya edir və nahamar səthləri gizlədir ki, bu da uzun məsafəli səyahətlərdə daha çox rahatlığa və daha az yorğunluğa gətirib çıxarır.

3. Komfortlu kabina sahəsi

Bütün sərnişinlərin səyahətdən həzz alması üçün xoşagəlməz vibrasiyalar və səs-küy minimum endirilmişdir. Asqının təkmilləşdirilməsi və çox möhkəm şassi hər kəs üçün komfortlu kabina interyeri təmin edir.

X-MODE

“X-Mode”sizə bir düyməyə basmaqla etibarlı idarəetmə imkanı verir. “X-Mode” texnologiyası çətin yol şərtləri və fərqli reyleflərdə təhlükəsiz hərəkəti təmin etmək üçün mühərrik, transmissiya, simmetrik “AWD” mexanizmi , əyləclər və digər komponentləri idarə edir.

“X-MODE” aktivləşdiyi zaman SUBARU XV enişə doğru hərəkət edərkən “Hill Descent Control” (enişi enmə kontrolu) avtomatik olaraq sürəti sabit saxlamağa yardım edir.

Copyright © 2012 Subaru Azerbaijan. All Rights Reserved