Avtobərabərləşdiricili bifunksional ön işıqlarla gündüz görünün, gecə isə yaxşı görün. Steering Responsive Headlights (SRH) daha təhlükəsiz gecə sürüşləri üçün döngələri daha yaxşı görməyə kömək edir. C-şəkilli qabarit lampalarına dönmə siqnalı indikatorları daxil edilib, beləliklə, ön işıqlar eyni zamanda həm güclü, həm də daha axıcı və kompakt formalıdır.
LED duman əleyhinə işıqlar
LED duman əleyhinə işıqlar ön tərəfin güclü görünüşünü tamamlayır.
Arxa kombinasiya işıqları
Üçölçülü və dinamik arxa kombinasiya işıqları Subaru avtomobilini uzaqdan belə görməyə imkan verir.
Ön və arxa bamper qoruyucuları
Ön və arxa bamper qoruyucuları mühafizə hissini artırır.
18 düymlük alüminium yüngüllehimli disklər
Böyük və stabil 18 düymlük təkərlərlə istədiyiniz yerə gedin.
Çarpaz dam reylinqləri
Quraşdırılmış qatlanan çarpaz reylinqlər sayəsində ayrıca avadanlıqlar almağa ehtiyac yoxdur. Əlavə təhlükəsizlik üçün kəndirləri və ya qayışları birbaşa öndə və arxada düyünlərə bağlayın. .
Yük qarmaqları
Bazarlıq torbalarınızı, kiçik çantalarınızı və ya yük torlarınızı rahat asmaq üçün.
İnteryer
İnteryer avadanlıqları
11.6 düymlük Centre Display
Geniş 11.6 düymlük sensorlu ekran audio və digər yararlı funksiyalardan intuitiv, smartfonabənzər istifadəyə imkan verir və eyni zamanda Apple CarPlay və Android Auto kimi informativ-əyləncə funksiyalarının geniş diapazonunu dəstəkləyir.
İkizonalı avtomatik kondisioner sistemi
Kondisioner sistemi bütün sərnişinləri rahatlıqla təmin etmək üçün təkmilləşdirilib və informativ-əyləncə sisteminə inteqrasiya edilmiş idarəetmə ilə təmin olunub.
Hər bir oturacaqdakı sərnişinlər ən son Harman/Kardon texnologiyası GreenEdge-in yaratdığı təbii akustik məkanda yüksəkkeyfiyyətli musiqidən zövq ala biləcəklər.
Əllə toxunmadan açılan baqaj qapısı
İki əliniz dolu olsa belə, yük yerinin qapısını asanlıqla açın.
Yük yeri
Yüklərin yerləşdirilməsi yüksəkliyi tənzimlənən tonneau örtüyü ilə daha rahatdır.
60/40 qatlanan arxa oturacaqlar
Qatlanan arxa oturacaqlar sayəsində uzun əşyaları da asanlıqla yerləşdirin
Mərkəzdə əşya qutusu
Kiçik əşyalarınızı hər zaman əlinizin altında səliqəli şəkildə saxlayın.
Ön sərnişin sinisi
Ön sərnişinin əşyalarını yerləşdirməsi üçün hissə.
Mərkəzi konsolun yan cibi (sərnişin tərəf)
Ön sərnişin üçün daha bir rahat saxlama yeri.
Arxa oturacağın mərkəzi dirsəkaltlığı
İçkinizi və ya smartfonunuzu arxa mərkəzi dirsəkaltlığının tutacağına təhlükəsiz şəkildə yerləşdirin.
Yuxarı konsol
Sevimli gün eynəklərinizi, sürücülük eynəklərinizi və ya digər kiçik əşyalarınızı saxlamaq üçün rahat yer.
Alüminium pedallar
Yüksəkkeyfiyyətli interyerin eleqantlığını qoruyacaq şəkildə dizayn edilib.
10 formada elektriklə tənzimlənən sürücü oturacağı
Sürücü oturacağı sizə ən uyğun formada tənzimlənir və belinizi dəstəkləyən struktura malikdir.
USB və Aux girişi
Rahat ön USB portları informativ-əyləncə sistemini idarəetməyə imkan verir. Arxa USB enerji portları isə arxadakı sərnişinlərin elektron cihazlarını yükləməsinə imkan verir.
Sükanarxası ləçəklər
Həyəcanlandıran, aktiv sürücülük təcrübəsi üçün sükanarxası ləçəkləri istifadə edin.
Oturacaqların qızdırılması
Soyuq havalarda isti və rahat. Oturacaqların qızdırılması komfortunuz üçün çiyinədək qızdırılma təmin edir.
Sükanın qızdırılması
Soyuq havalarda rahat idarəetmə üçün əllərinizi isti saxlayın.
Sürücü oturacağının yaddaş paketi
Sürücü oturacağının mövqeyi istənilən sürücüyə uyğunlaşdırılmış komfort üçün qapı güzgüsünə və ya Driver Monitoring System-ə bağlana bilər.