Legacy

Daha böyük hədəflərə çatın.

.

Daha yüksək zirvələri fəth edin.

Sadəcə mükəmməl. Onu yalnız hiss etdikdə tanıya biləcəksiniz. Legacy avtomobilinin sizə bəxş etdiyi hiss elə budur. Zərif dizayn və Subaru texnikasının qüsursuz vəhdəti, Legacy avtomobilini sürməyin yaratdığı idmançı ruhu və səlis idarəetmənin verdiyi həzz hətta uzun məsafələri də qət edərkən belə rahat və tərzli olmağınızı təmin edəcəkdir. Hər günün sonunda Legacy avtomobili sabah sizi gözləyən çətinliklərə cəsarətlə sinə gərməyiniz üçün sizdə özünəinam və motivasiya yaradır.

Ice Silver Metallic

Model cərgəsi və xüsusiyyətlər

Onun məqsədi – sizin öz məqsədinizi dərk etməyinizə kömək etməkdir.

İstədiyinizi əldə etmək üçün daxilinizdəki gücü üzə çıxarın. Legacy avtomobili Simmetrik AWD ilə, getməli olduğunuz hər yerə sizi aparmaq üçün daha idmansayağı, daha məsuliyyətli sürücülüyün verdiyi sevinc hissi, eləcə də daimi dörd təkər (AWD) imkanı bəxş edir. Xüsusən də onun tərzli görünüşü gözlər üçün bayramdır, yaxşı təchiz olunmuş interyeri isə faydalı texnologiyalar təklif edir və toxunuş zamanı xoş təəssürat buraxan peluş materiallardan hazırlanmışdır. Bu sedan idman avtomobili ehtiyacınız olan bütün rahatlıqları təmin edir və avtomobil idarə etmənin verdiyi əsl zövqü dadmaq üçün hərəkət sərbərstliyi verir.

Performans

Hər səfərdən daha çox zövq alın.

Balanslı və arxayın “Legacy” modeli, idman üslublu və yüksək dinamikalı təbiətinə görə “SUBARU BOXER” mühərrikinə və səmərəli “Lineartronic” pilləsiz ötürmələr qutusuna borcludur. Avtomobilin idarə edilməsini daha zövqlü prosesə çevirən hamar, həyəcan verici sürətlənmənin əldə edilməsi üçün nəzərdə tutulmuş ötürmə mexanizmi sayəsində “Lineartronic” ötürmələr qutusu, “SUBARU BOXER” mühərrikini tamamlayaraq onun daim daha çox yanacağa qənaət etməsini, habelə sürücünün avtomobili idarə etməkdən həzz almasını təmin edir.


Təhlükəsizlik

Subarunun universal təhlükəsizliyi

Avtomobiliniz narahatçılıq üçün əsas yaratmadıqda həyat daha xoş olur. Buna görə də, Subaru heyəti üçün təhlükəsizlik ən birinci yerdədir. Keçmişdə təyyarə sənayesində fəaliyyət göstərmiş Subaru, 50 il ərzində işlənib hazırlanmış qabaqcıl təhlükəsizlik funksiyalarını tənzimləyərək, sınaqlardan və təkrar sınaqlardan keçirərək insanlara yönəlmiş siyasətini davam etdirir. Toqquşmadan qoruma / toqquşmanın qarşısının alınması sistemləri, eləcə də “Subaru Global Platform” və Simmetrik dörd təkərə intiqal kimi unikal texnologiyalar sayəsində Subaru qəzasız gələcək yaratmaq naminə davamlı olaraq Universal təhlükəsizliyi inkişaf etdirməyə çalışır.

Legacy

Legacy 2.5i-S EyeSight

Petrol engine, Lineartronic

Ətraflı