Məhsul haqqında məlumat

Məhsul haqqında məlumat

Əyləclər askeleratora əks prinsipə əsasən çalışır - onlar hərəkətdə olan avtomobili təhlükəsiz şəkildə dayandırmaq, həmçinin, onun sürətinə nəzarət etmək üçün hazırlanıb. SUBARU-nun orijinal əyləc yastıqları nəqliyyat vasitələri ilə eyni zamanda hazırlanıb və daha yaxşı performansı təmin etmək üçün tərtib edilmiş sistemin bir parçası olaraq disk rotorları ilə asqı komponentlərinin xarakteristikasına uyğunlaşdırılıb. Orijinal əyləc hissələri yalnız SUBARU tərəfindən sərt sınaq şəraitində sertifikatlaşdırılmış üstün keyfiyyətli hissələrdən hazırlanıb. Beləliklə, onlar səslərin və vibrasiyanın qarşısının alınmasının müstəsna keyfiyyətinə malik etibarlı əyləcləmə gücü üçün lazımlı yüksək səviyyəli performansı dəstəkləyir.

Yüksək keyfiyyətli orijinal əyləc yastıqları
SUBARU-nun əyləc yastıqları müstəsna keyfiyyətli hissələrdən ibarətdir və yeni modellər üzərində işə başlamazdan əvvəl hazırlanır. Disk rotorları, əyləc bəndləri və asqı hissələri orijinal əyləc yastıqlarının performansına uyğunlaşacaq şəkildə hazırlanır. SUBARU-nun orijinal əyləc yastıqlarını "əyləc dəsti" formasında da əldə etmək olar. Bura əyləc yastıqları, münasib çivlər və əyləc qısqacları daxildir.

Saysız yol testləri ilə təsdiqlənmiş performans
Əyləc sistemlərinin hazırlanma prosesi zamanı SUBARU disk rotorlarının və asqıların cari kombinasiyası vasitəsilə tələb olunan əyləc performansına və ya yastıq həssaslığına nail olunub-olunmadığını, yaxud əyləc uyğunsuzluqlarını və ya çıxan səsləri təyin etmək üçün gerçək avtomobilləri test cığırında sınaqdan keçirir. Testə cəlb olunmuş digər mərhələlərə müqavimət, yüksək sürətli əyləcləmə və disk rotorunun təhrif dərəcəsi daxildir. Test cığırındakı sınaqlardan əlavə xüsusi komanda avtomobilləri müxtəlif ölkələrdə sınaqdan keçirərək ən ekstremal şəraitlərdə performans və keyfiyyəti yoxlayır.

İki il ərzində davam edən hazırlıqlar zamanı 30-dan çox sınaq təkrarlanır.
Şübhəsiz, əyləclər təhlükəsizliyin ən vacib komponentləridir və ən müxtəlif şərtlər altında adekvat əyləcləmə performansını təmin etmək üçün keyfiyyətin müstəsna səviyyəsi tələb olunur. SUBARU müxtəlif sürüş şəraitlərinin simulyasiyası ilə əyləc performansının yoxlanması və ya əyləc temperaturunun proqramlaşdırılması ilə əyləc sisteminin keyfiyyətinin tənzimlənməsi və naxışlardan istifadə edərək çıxan səslərin məhdudlaşdırılması kimi təsdiqləmə testlərindən keçmək üçün CDM (Şassi Dinamometri) istifadə edir. Yalnız bu testlərin hamısından keçən əyləc yastıqları orijinal ehtiyat hissələri kimi sertifikatlaşdırılır.

600°C-ni keçən yüksək temperatur şəraitində sınaqdan keçib
Disk rotorları ilə əyləc yastıqları arasında sürtünmə baş verəndə əyləclər maşının kinetik enerjisini termal enerjiyə çevirərək əyləcləmə qüvvəsini yaradır. Əyləc yastıqlarının temperaturu şəhər ərazisində əyləclərin adi fəaliyyəti zamanı 80°C-120°C arasında dəyişə bilər, lakin maili hərəkət zamanı və ya təkrarlanan çətin əyləcləmə zamanı təqribən 400°C-yə çata bilər. Orijinal əyləc yastıqları 600°C-dən artıq yüksək temperatur şəraitində etibarlılıqdan əmin olmaq üçün ən sərt şərtlərdə təkrarlanan əyləcləmə performansı testlərindən keçir.