Haqqımızda

Haqqımızda

"Subaru Azərbaycan" şirkəti dünya şöhrətli "Subaru", şirkətinin Azərbaycanda rəsmi və yeganə distribyutorudur.

Bakı-Sumqayıt şossesinin 6-cı km-də
 yerləşən Subaru Avtomobil Mərkəzi özündə : avtomobil satışı, texniki servis xidmətlər mərkəzini və ehtiyyat hissələrinin anbarını birləşdirir.

Subaru Avtomobil Mərkəzində hər bir müştəri rahatlıq əldə edib məmnun qalacaq.Professional satış məsləhətçiləri sizə Subaru modelləri haqqında ətraflı məlumat verərək düzgün seçim etməkdə kömək olacaqlar. Modelləri nağd, köçürmə və yahud sərfəli kredit şərtləri ilə əldə etmək mümkündür. Subaru Avtomobil Mərkəzində müştərilərin rahatlığı üçün “Bank Respublika”nın filialı fəaliyyət göstərir.Kreditə üstünlük verən müştərilər yerindəcə sərfəli kredit şərtləri ilə avtomobil sahibi ola biləcəklər.Avtomobilini sığortalamaq istəyən müştərilərə isə mərkəzdə fəaliyyət göstərən “Bakı Sığorta”nın nümayəndələri hər cür köməklik göstərəcəklər.

Servis mərkəzində eyni zamanda Subaru avtomobillərin hər növ təmiri həyata keçirilir. Yüksək ixtisaslı texniki personal avtomobildə yaranan hər bir problemi həll etmək professionalcasına aradan qaldıra bilərlər. 

Subaru servis mərkəzi original ehtiyyat hissələrindən ibarət olan böyük anbar sahəsinə malikdir. Burada Subaru avtomobili üçün istənilən orijinal ehtiyyat hissəsini əldə etmək mümkündür.