Loyallıq kartı
Daimi müştərilərimizə bonuslar gətirən
LOYALLIQ KARTI!
Subaru-dan daimi müştərilərinə Loyallıq Kartı!
Loyallıq Kartınız olduğu zaman servisdə etdiyiniz nağd ödənişlər sizə bonus qazandırır. Bonuslar 1 AZN = 1 BONUS dərəcəsi ilə hesablanır. Üstəlik, kartı əldə etdikdə dərhal bizdən 300 bonus hədiyyə kimi kartınıza yüklənir. Bonuslar yığıldıqca sizə təqdim olunan hədiyyələrdən birini seçə bilərsiniz.
Loyallıq sisteminə qoşulmaq üçün aşağıdakı anket formasını doldura bilərsiniz.
Loyallıq kartınızı sifariş edin
Loyallıq sisteminə qoşulma,
bonusların hesablanması və istifadəsi şərtləri
1. Loyallıq sisteminə yalnız fiziki şəxslər daxil ola bilər,müştəri avtomobili dəyişdiyi halda bonuslar həmin avtomobilə keçir.
2. Bonuslar yalnız nağd ödənişlər zamanı hesablana bilər.
3. Bonuslar Loyallıq sisteminə qoşulduqdan və kart əldə etdikdən sonra hesablanır.
4. Bonus kartı əldə edildikdə, hədiyyə şəklində 300 bonus müştərinin kartına daxil edilir.
5. Əgər 1 təqvim ili üçün servisə vizit sayı 2 dəfədən az olarsa bonuslar ləğv edilir, bu zaman bonusların hesablanması müştərinin növbəti təmir işlərindən sonra hesablanacaq.
6. Əgər 1 təqvim ili üçün servisə ödənişli vizit sayı 5 dəfə olarsa, 5-ci vizitdə bütün toplanılan bonuslar avtomatik olaraq 1,5 dəfə artırılacaq.
7. Əgər 1 təqvim ili üçün servisə ödənişli vizit sayı 10 dəfə olarsa, 10-cu vizitdə bütün toplanılan bonuslar avtomatik olaraq 2 dəfə artırılacaq.
8. Loyallıq sistemi yalnız Subaru avtomobil mərkəzində xidmət olunan müştərilər üçün keçərlidir.
9. Servis kampaniyaları zamanı bonus hesablanması tətbiq edilmir.
10. Bonus kartı itirildiyi halda dublikat təqdim olunacaq.
11. Ehtiyat hissəsi alıb və mərkəzimizdə quraşdırmayan müştərilər Loyallıq sisteminə daxil olmur və bonuslar hesablanmır.
12. Bonusların sayı 1 bonus = 1 AZN dərəcəsi ilə hesablanır.
13. Bonus kartlarınızı 10 iş günü ərzində əldə edə bilərsiniz.