Hər bucaqdan təhlükəsizliyi nəzərə alaraq.
Subaru-nun “öncə təhlükəsizlik” dizayn fəlsəfəsi şirkətin aviasiya istehsalına əsaslanan
köklərindən irəli gəlir və biz nəqliyyat vasitələrimizi davamlı istehsal etməyə
başladığımız ilk günlərdən (məsələn, 1960-cı illərdə Subaru 360) toqquşma testlrimizdə
piyadaların müdafiəsini də nəzərə alırıq. “Primary Safety” konseptimiz nəqliyyat
vasitəsinin dizaynının forma və ekspluatasiya kimi ilkin mərhələlərindən etibarən
təhlükəsizliyi nəzərdə tutur. “Active Safety” konseptimiz yolda toqquşmaların qarşısının
alınmasını təkmilləşdirmək məqsədi daşıyır. “Preventive Safety” konseptimiz qabaqcıl
texnologiyalar istifadə edərək qəzaların qarşını almağa, “Passive Safety” konseptimiz
isə toqquşma halında sərnişinləri qorumağa xidmət edir. Biz insanları istənilən
vəziyyətdə istənilən təhlükədən qoruyan “All-Around Safety” sistemimizi daha da
yaxşılaşdırmaq üçün çox vaxt sərf etmişik. Biz Subaru nəqliyyat vasitələrinin bütün
sərnişinlərinə “Zövq və Arxayınlıq” hissini yaşatmaq və qəzasız cəmiyyət məqsədimizə
nail olmaq üçün çoxbucaqlı təhlükəsizliyin təmin olunmasını nəzərdə tutmuşuq.