Dizayn

Dizayn

DYNAMIC X SOLID

“Arxayınlıq” vəd edən möhkəm, yaxşı inşa edilmiş təməl “Zövq” vəd edən dinamik hərəkətlə birləşir. Bu Subaru-nun mütəmadi davam edən əsaslı avtomobil axtarışlarından irəli gələn yeni nəsil nəqliyyat vasitələrinin təcəssümüdür.

Köklər


Bizim dizayn fəlsəfəmiz: Kök salmış dəyərlərimizə sadiq qalaraq daima dəyişən mühitə uyğunlaşmaq. Subaru əslində aerokosmik sənaye istehsalçısıdır, bu isə yüksək təhlükəsizliyi, dinamik performansı və effektivliyi bir arada tələb edən sahədir.

Eksteryer Dizaynı

Subaru modelləri öz dizaynı ilə dinamizlə funksionallığın mükəmməl balansına nail olmalıdır.

Mövqe

Hərəkətə başlayan kimi üzə çıxmağa can adam həyəcanverici güc ehtiyatı.

Həcm

Etibarlı strukturun gücünü ötürən massiv forma.

Səth

Güc hissi yayan dinamik görünüş..

Simvolik Sima Dizaynı

Subaru-nu gözdən qaçırmaq mümkün deyil. Onun dinamik, konturlu eksteryeri bir növ içindəkilərdən də xəbər verir: dünyanın öndə quraşdırılmış yeganə horizontal-oppozit mühərriki. Təbiətin ən sabit formasına əsaslanan altıbucaqlı qəfəs altı ulduzla birləşərək Subaru dizaynını özünəməxsus sinifə daxil edir.

İnteryer Dizaynı

Cəsarət və zərifliklə birgə keyfiyyətin ən yüksək səviyyəsini təqdim edən interyer dizaynı mikron səviyyəsinədək nəzarət altındadır. Subaru-nun interyer dizaynı dərhal nəzərə çarpan dəri detallardan ilk baxışdan görünməyən parıltı əleyhinə detallaradək hər şeyi ilə incə komfortu təmin edir. Üstəlik işıq və kölgənin kontrastı ilə əldə olunmuş konturlu səth hədsiz rahatlıq hissi bəxş edir.