Zəmanət şərtləri
AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ SUBARU AVTOMOBİLİNƏ VERİLƏN ZƏMANƏTİN ŞƏRTLƏRİ VƏ ÖHDƏLİKLƏRİ
Zəmanət öhdəliyini yerinə yetirir:
SUBARU şirkətinin rəsmi distribüteri. Busəhifədə qeyd olunmuş zəmanət və öhdəliklər AR ərazisində yerinə yetiriləcəkdir.
Zəmanət öhdəliyi şamil olunur:
Zəmanət sertifikatı düzgün doldurulmuş SUBARU avtomobillərinə. Sizin avtomobilin sertifikatı verilmiş zəmanət və Servis kitabçasının üz qabığının arxa səhifəsində yerləşdirilmişdir. Avtomobil satışı zamanı SUBARU şirkətinin distribüteri avtomobil haqqında olan bütün məlumatları sertifikatın müvafiq sütunlarına qeyd etməlidir. Zəmanət AR ərazisində baş idxalçı "Subaru Azərbaycan" şirkəti tərəfindən AR ərazisinə idxal olunan yeni SUBARU avtomobillərinə şamil olunur. Avtomobil AR ərazisində nəqliyyat vasitələrinə qoyulan tələblərə və normativ sənədlərə uyğun gəlməlidir.
Zəmanət təmini hüququna malikdir:
SUBARU avtomobilinin birinci və sonrakı sahibləri (əgər satış müəyyən olunmuş zəmanət müddəti kəsiyində baş verərsə).
Zəmanət öhdəliklərinin məzmunu:
«Zəmanətin xüsusi şərtlərində» qeyd olunan elementlər istisna olmaqla zəmanəti qüvvədə olan SUBARU avtomobillərində "Pulsuz" olaraq bütün nasazlıqlar, əgər bu ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gəlmişdirsə, aradan qaldırılır. SUBARU şirkətinin məhsulunun istifadəçilərinin qüvvədə olan qanunvericiliklə təyin edilmiş qanuni hüquqları və zəmanət öhdəliyi heç cür azaldıla bilməz.
Zəmanət öhdəliyi şamil olunur:
Azərbaycan Respublikası ərazisinə. Avtomobilə verilən 3 il (100 000 km) zəmanət:
Sizin zəmanət sertifikatında qeyd olunduğu kimi SUBARU avtomobilinin zəmanət dövrü müddətində ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gələn bütün nasazlıqları SUBARU şirkəti "pulsuz" olaraq aradan qaldırmağa zəmanət verir («Zəmanətin xüsusi şərtləri»nə daxil edilən bəndlərin dəyişdirilməsi zəmanətlə nəzərdə tutulmayıb). Zəmanət avtomobil satıldığı gündən etibarən 3 il müddətinə və ya 100 000 km yürüşə (bu hallardan hansı daha tez başa çatarsa) qədər qüvvədə sayılır.